sedanews.az
sedanews.az

Kamran Əliyev Tərtərdə qəbul keçirəcək

29-04-2024, 14:58 116 dəfə baxılıb


  Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş prokuror Kamran Əliyev mayın 3-ü Tərtərdə vətəndaşları qəbul edəcək.
  REAL xəbər verir ki, saat 10:00-da Tərtər Rayon Prokurorluğunun binasında keçiriləcək qəbulda bu  rayonla yanaşı Ağdam, Bərdə, Goranboy və Xocalı sakinləri də iştirak edə bilər.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Tərtər rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
  Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk və X) vasitəsilə də qəbula yazıla bilərlər.
 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA