Işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 13 nəfər saxlanılıb
Işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 13 nəfər saxlanılıb
Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərinə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısı alınıb.Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib, müvafiq araşdırmalarla onların barəsində protokollar tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə təqdim edilib.