sedanews.az
sedanews.az

Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb - FOTO

16-04-2024, 11:42 110 dəfə baxılıb



  Honkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində qalib gələrək tarixi uğura imza atan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Vətənə dönüb.
“Report”un məlumatına görə, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan komandanın qarşılanma mərasimi Heydər Əliyev Beynəlxalq Hava Limanında baş tutub.
   Mərasimdə Azərbaycan Basketbol Federasiyasının rəsmiləri, media mənsubları, azarkeşlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
     Qeyd edək ki, Olimpiya Təsnifat turnirinin finalında Polşa üzərində 18:17 hesablı qələbə qazanan 3x3 basketbol millimiz olimpiadaya lisenziya əldə edən ilk komanda kimi Azərbaycan tarixinə düşüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA