sedanews.az
sedanews.az

Azərbaycanın bir sıra müəssisəsinin Rusiyaya pomidor və alma ixrac etməsinə icazə verilib

22-12-2020, 11:19 28 dəfə baxılıb

Azərbaycanın bir sıra müəssisəsinin Rusiyaya pomidor və alma ixrac etməsinə icazə verilib  

Azərbaycandan Rusiyaya ixrac olunan bəzi məhsullara tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər həyata keçirilir.
"Report" xəbər verir ki, məsələ ilə bağlı AQTA və Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") nümayəndə heyətləri arasında videokonfrans formatında görüşlər keçirilib, Azərbaycandan Rusiyaya alma və pomidorun ixracına qoyulan məhdudiyyətlə bağlı geniş müzakirələr aparılıb.
Həmçinin keçirilən görüşlərdə məsələnin həlli istiqamətində irəli sürülən təkliflər mütəxəssislərin iştirakı ilə ətraflı təhlil olunub. Aparılan müzakirələr nəticəsində artıq "Agroterm" MMC (Xızı rayonu), "Geotermal Aqro" MMC (Kürdəmir rayonu), "GP Alpha Greenhouse" MMC (Salyan rayonu), "Hajigabul Greenhouse" (Hacıqabul rayonu) və Şükürov İlkin Mirzəxan oğluna məxsus (Masallı rayonu) müəssisələrdən pomidor, Şabran rayonundakı “TURAZ” MMC, “Ran Fruıt” MMC və Əsədov Vahid Əbil oğluna məxsus müəssisələrdən alma məhsulunun Rusiyaya ixracına icazə verilib.
Qeyd edək ki, Rusiya Federasiyasının müvafiq qurumu bu icazələrin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunan fitosanitar nəzarətin artırılması, habelə aparılan monitorinqlərin nəticələrinə dair təqdim olunan məlumatlar əsasında verdiyini bəyan edib. Hazırda Agentliklə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bu istiqamətdə intensiv müzakirələr davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA