sedanews.az
sedanews.az

Süveyş böhranı: 370-ə yaxın gəmi gözləyir

29-03-2021, 13:00 464 dəfə baxılıb

Süveyş böhranı: 370-ə yaxın gəmi gözləyir


Süveyş kanalında saya oturan “Ever Given” yük gəmisinin çıxarılması cəhdi uğursuzluqla nəticələnib.
Axar.az xəbər verir ki, bu barədə kanal rəsmisi Üsamə Rabiyə bildirib.
Ötən gün qoşqu vasitəsilə gəmini tərpətməyə çalışdıqlarını deyən Rabiyə bu gün yenidən cəhd ediləcəyini vurğulayıb.
Qeyd edək ki, nəhəng yük gəmisinin saya oturması nəticəsində bağlanmış Süveyş kanalının girişində yüzlərlə gəmi keçid növbəsi gözləyir. Süveyş dünya dəniz ticarətinin 8-12 faizinin keçdiyi məkandır.
***
Gəminin bu gün hərəkət edəcəyini gözləyirik.
Bunu Süveyş kanalında saya oturan gəminin məxsus olduğu şirkətin rəsmisi Yukito Hiqaki deyib.
O, qazma vasitələrindən istifadə etməklə, gəmini hərəkət etdirməyə çalışdıqlarını qeyd edib.
***
“Ever Given” gəmisinin saya oturması nəticəsində bağlanmış Süveyş kanalının girişində 25-i neft tankeri daxil olmaqla, 370-ə yaxın gəmi keçid növbəsi gözləyir.
Bu barədə kanal rəsmisi Üsamə Rabiyə deyib. O bildirib ki, gəminin saya oturması nəticəsində Süveyş kanalı hər gün 13-14 milyon dollaradək zərər görür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA