sedanews.az
sedanews.az

Qəbul olunmuş Dövlət Proqramlarının müsbət nəticələri

28-07-2022, 11:07 372 dəfə baxılıb


    Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Demək olar ki, Ümummilli lider Heydər Əliyevin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Onun peşəkar siyasi, diplomatik və böyük sərkərdəlik qabiliyyəti hakimiyyətdə olduğu ilk illərdən özünü göstərməklə uğurlu nəticələr verdi və Ulu Öndərin siyasi kursuna sadiqliyinin göstəricisidir. 
  Ardıcıl şəkildə qəbul olunmuş və həyata keçirilmiş çoxsaylı dövlət proqramları, reallaşdırılmış xüsusi layihələr güclü iqtisadi potensialın formalaşdırılması, insan kapitalının səfərbər edilməsi və səmərəli istifadəsi, ölkənin bütün sahələr üzrə müasir infrastrukturlarının yaradılması, ölkəmizdə gedən çoxşaxəli islahatlar,  o cümlədən idarəetmə sahəsində aparılan islahatlar, həmçinin kadr islahatları görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha gözəl və xoşbəxt etmək məqsədi daşıyır. Demək olar ki, Azərbaycanda dövlət idarəçilik sistemi daha da təkmilləşdirilmiş və inkişaf etdirilmişdir.  
   “Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir. Çünki şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz”-, bəyanatının müəllifi olan Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi, bürokratik aparatın tamamilə ləğvi, bütün dövlət institutlarında şəffaflığın təmin edilməsi, vətəndaşlarla dövlət strukturları və məmurlar arasında müasir və birbaşa xidmət kanallarının yaradılmasına aparan sürətli inqilabi idarətmə sükanının arxasında dayanıb. İdarəetmədə çox ciddi islahatlar aparılıb və qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırılıb.
   Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülür, böyük infrastruktur layihələri icra edildir və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qaldırılır. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunur, hər rayonda müasir xəstəxanalar, tibb ocaqları, bir çox məktəblər inşa edilib.
  İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər, maşınlar verilir. Rayon icra orqanlarının nümayəndələri bu kateqoriyadan olan insanlara xüsusi diqqət göstərir.
   Bu gün ölkəmizdə cəmiyyət və dövlət həyatının bütün sahələrini əhatə edən islahatlar aparılır və hakimiyyətin bütün qolları bu prosesdə fəal iştirak edir. Həyata keçirilən islahatlar nəticəsində vətəndaşlara daha şəffaf və effektiv şəkildə xidmət göstərilir və dövlət xidmətləri daha əlçatan və keyfiyyətlidir. Dövlət idarəetmə sahəsində aparılan islahatlar dövlət idarəçiliyinin daha da gücləndirilməsinə, dövlət orqanlarında çevikliyin artırılmasına, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəlmişdir və  cənab  Prezidentin qeyd etdiyi “siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur”. 
   Demək olar ki, aparılan islahatlar xalqın firavanlığına, həyat səviyyəsinin yüksəlməsinə, daha yaxşı yaşamasına istiqamətlənib.

Tural Cəfərov 
Suraxanı rayon sakini,
Azərbaycan Respublikası Uşaq və Tələbə Gənclər Dünyası

İctimai Birliyinin sədri 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA