Sizin reklam burada728x90
Son dəqiqə:
» » Ermənistanın yeni Konstitusiyasında Ağrı dağının adı çıxarılıb

Ermənistanın yeni Konstitusiyasında Ağrı dağının adı çıxarılıb

23.11.2026, 13:23 Siyasət Çap et

Ermənistanın yeni Konstitusiya layihəsində dövlət gerbi və bayrağının təsviri yer almayıb. Qüvvədə olan Konstitusiyada isə dövlət gerbinin təsvirində Ağrı dağının adı çəkilir.
Sedanews.az Modern.az-a istinadən  xəbər verir ki, layihədə gerb, bayraq və himn Ermənistanın dövlət rəmzləri kimi göstərilib. Gerbin və bayrağın təsvirinin, eləcə də himnin mətninin qanunla müəyyən edilməsi nəzərdə tutulur.
Qüvvədə olan Konstitusiyada bayrağın rəngləri sadalanır, gerbdə isə Ağrı dağı, Nuhun gəmisi və dörd tarixi erməni krallığının gerblərinin təsvir edildiyi göstərilir.
Sputnik Ermənistanın məlumatına görə, ötən il Türkiyə ilə münasibətlərin normallaşdırılması çərçivəsində Ağrı dağının təsviri pasportlara vurulan möhürlərdən çıxarılıb.