sedanews.az
sedanews.az

“Qarabağın məşhur müəllimləri” – Cabbar Qaryağdıoğlu

13-11-2020, 14:06 28 dəfə baxılıb

“Qarabağın məşhur müəllimləri” – Cabbar Qaryağdıoğlu
Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti siması Cabbar Qaryağdıoğludur. 1861-ci ildə Şuşada Seyidli məhəlləsində anadan olub. Azərbaycan milli musiqi mədəniyyəti tarixində Cabbar Qaryağdıoğlunun özünəməxsus yeri var.
O, təkcə xanəndə olmayıb, həm də istedadlı bəstəkar və şair kimi tanınıb. Azərbaycan xanəndəlik sənətinin yeni bir mərhələsi onun adı ilə bağlıdır. Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olub.
Cabbar Qaryağdıoğlu Azərbaycan xalq musiqisinin canlı tarixi, ensiklopediyası adlandırılır. Onun oxuduğu muğam və xalq mahnıları Azərbaycanın musiqi xəzinəsinin ən qiymətli inciləridir. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA