sedanews.az
sedanews.az

“Yeddi nəvəmi götürüb o yerlərə istirahətə gedəcəm və bəlkə torpaq alıb ev də tikdim...”

9-12-2020, 13:58 499 dəfə baxılıb

“Yeddi nəvəmi götürüb o yerlərə istirahətə gedəcəm və bəlkə torpaq alıb ev də tikdim...”



“Nəhayət ki, 2020-ci il bizə böyük qələbə, uğur gətirdi. Otuz ildir ki, erməni işğalında qalan torpaqlarımız şəhidlərimizin qanı hesabına azad olundu”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Səməd Səmədov deyib. Müğənni şəhidlərimizə Allahdan rəhmət diləyib:

“İlk növbədə qələbə münasibətilə bütün Azərbaycan xalqına gözaydınlığı verirəm, təbrik edirəm. Allah şəhidlərimizi rəhmət eləsin, yaralı əsgərlərimizə şəfa versin, tezliklə onlar da əzizlərinin yanına qayıtsınlar. Nəhayət ki, 2020-ci il bizə böyük qələbə, uğur gətirdi. Otuz ildir ki, erməni işğalında qalan torpaqlarımız şəhidlərimizin qanı hesabına azad olundu. Bu gün bizə böyük dəstək verən qardaş Türkiyəyə də öz təşəkkürümü bildirirəm. İnşallah sabah hamımız çalışacağıq ki, parada gedib orda iştirak edək”. 
Xalq artisti Qarabağ torpağında olmadığına görə təəssüfləndiyini bildirib, amma bu dəfə mütləq Şuşaya və digər rayonlarımıza səfər edəcəyini deyib:
“Çox təəssüflər olsun ki, mən o yerlərdə olmamışam. Həyat yoldaşımın bir tərəfi Şuşadandır.  Şuşadan olan qonşularım deyir ki, Səməd müəllim, imkan olsan kimi sizi o yerlərə aparacağıq və ordakı gözəllikləri öz gözlərinizlə görərsiniz. Hələ də gec deyil, yeddi nəvəmi götürüb o yerlərə istirahətə gedəcəm və bəlkə imkan olsa, torpaq alıb ev də tikdim”. 

Xalq artist qonşularının döyüşlərdə iştirak etdiyini və hər dəfə onlardan qələbə xəbəri aldığını deyib:
“Füzulidən, Qubadlıdan, Zəngilandan olan qonşu uşaqlarım döyüşdəydilər. Onların bir neçəsi şəhid oldu, Allah rəhmət eləsin. Onlar bizə hansısa yeri almalarının xəbərini verirdilər. İndi mənim Ağdamda yaxın dostum var, onunla hərdən zəngləşirəm. Adı Söhbətdir, otuz il Özbəkistanda aşbaz işləyib və müharibə başlayanda o, da iki oğluyla ordumuza dəstək olmaq üçün Azərbaycana gəlib. Müharibədə də iştirak edib. O, məni Ağdama dəvət edib və inşallah ora da gedəcəyik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA