sedanews.az
sedanews.az

“Dərs vaxtı”nda “Nizami dərsləri” - VİDEO

13-01-2021, 14:46 564 dəfə baxılıb

“Dərs vaxtı”nda “Nizami dərsləri” - VİDEO



Növbəti həftədən etibarən “Dərs vaxtı” proqramı çərçivəsində “Nizami dərsləri” yayımlanacaq. 
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Nizami Gəncəvi ili” ilə əlaqədar yayımı nəzərdə tutulan “Nizami dərsləri” çərçivəsində şagirdlər klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə tanış ola biləcəklər.
Qeyd edək ki, “Nizami dərsləri” proqramı Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanır. 
 “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “Youtube" kanalı ilə yanaşı, “Dərs vaxtı”nın “Facebook” səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA