sedanews.az
sedanews.az

“Azərişıq”: “Artıq Kəlbəcərə elektrik enerjisinin verilməsi prosesinə start verilib” - RƏSMİ + FOTO

26-05-2021, 16:51 555 dəfə baxılıb

“Azərişıq”: “Artıq Kəlbəcərə elektrik enerjisinin verilməsi prosesinə start verilib” - RƏSMİ + FOTO

“Azərişıq” ASC 110/35/6 kV-luq Tərtər yarımstansiyasından çəkilən izolyasiyalı xəttin əhəmiyyəti barədə məlumat verib.
Qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, Suqovuşan qəsəbəsini 35 kV-luq enerji ilə təmin edən xətt buradan başlayır.
Hazırda Suqovuşanın enerji ilə təmin edilməsi məqsədilə qəsəbədə daxili xətlər çəkilir. 
Qurumun mətbuat rəhbərinin sözlərinə görə, işğaldan azad edilmiş digər ərazilərdə də izolyasiyalı və mühafizəli xətlərin çəkilməsinə başlanılacaq:
“Bu rayonlar barədə ətraflı məlumat vermək üçün hələ tezdir, çünki ilkin olaraq ərazilərdə mənbələr yaradılmalıdır. Müvafiq ərazilərdə hansı gücdə elektrik enerjisi lazım olacaqsa, ilk növbədə bu müəyyənləşdirilməlidir ki, ona uyğun da xəttin çəkilişini reallaşdıraq. Hazırda işğaldan azad edilmiş ərazilərin hamısında enerjinin verilişi ilə bağlı işlər gedir. Artıq Kəlbəcərə elektrik enerjisinin verilməsi prosesinə start verilib. İlkin olaraq orada mənbə yaradılmalıdır. Daha sonra biz şəbəkə olaraq enerjini həmin mənbədən paylaya bilərik. Laçında da yaxın müddətdə elektrik enerjisinin verilməsi ilə bağlı işlərə başlanılacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA