sedanews.az
sedanews.az

Laçın rayonunda 35 kV-luq yeni elektrik xətti çəkilib

21-07-2022, 13:30 428 dəfə baxılıb

   Laçın rayonunda 35 kV-luq yeni elektrik xətti çəkilib. Güləbird ərazisindən Laçın dəhlizi istiqamətində mövcud hava xətti isə bərpa olunub.

   “Azərişıq” ASC-dən REAL-a verilən məlumata görə, “Güləbird” yarımstansiyasından mənbə kimi istifadə etməklə yeni çəkilən Güləbird-Minkənd kəndi istiqamətində 35 kV-luq xətt çəkilib. 35 kV-luq bu xətt üçün müasir, izolyasiyalı naqildən istifadə edilib. Bütün hərbi hissələr və xüsusi dövlət əhəmiyyətli obyektlər elektrik enerjisi ilə təchiz edilib.
   Laçın dəhlizi ərazisindən Minkənd kəndi istiqamətində 29 km 35 kV-luq hava xətti çəkilib. 17 km-lik 35 kV-luq “Bozlu-Pircahan” hava xəttinin tikintisi yekunlaşdırılıb.
   Hazırda Laçın dəhlizi daxilində 10 km uzunluğunda 35 kV-luq kabel xətti çəkilir. Görülən işlər nəticəsində Laçın rayonunun istənilən ərazisini elektrik enerjisi ilə təchiz etmək mümkündür.
Planda 5 istiqamət üzrə 35 kv-luq elektrik veriliş xətlərinin çəkilişi nəzərdə tutulub. Həmçinin, Laçınla Kəlbəcər rayonlarının elektrik şəbəkələrini birləşdirən dairəvi elektrik təchizat sxeminin yaradılması planlaşdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA