sedanews.az
sedanews.az

İşğaldan azad edilmiş ərazilərdə YENİ YOLLAR belə olacaq

26-11-2021, 13:42 690 dəfə baxılıb

İşğaldan azad edilmiş ərazilərdə YENİ YOLLAR belə olacaq 


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qarabağ və şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələri barəsində (15.11.2021-ci il vəziyyətinə görə) məlumatı açıqlayıb.
AAYDA-dan Milli.Az-a verilən məlumata görə, Zəfər Yolu (101.5 km, II texniki dərəcəli, 2 hərəkət zolaqlı) üzrə torpaq işləri 100%, yol geyimi 100%, boru və keçidlərin tikintisi işləri 100%, körpülərin tikintisi 100%, beton küvet, qanov və drenaj işləri 100% yerinə yetirilib.
Əhmədbəyli - Füzuli - Şuşa avtomobil yolu
Texniki göstəriciləri: 81.6 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: 0-17, 26-44, 51-52, 58-63 və 70-71-ci km hissələrdə torpaq yatağının tikintisi, 1, 27,34, 37 və 50-ci km-də körpülərin, 80 və 81-ci km-də tunellərin və alt keçidlərin tikintisi aparılır.
Toğanalı - Kəlbəcər - İstisu avtomobil yolu
Texniki göstəriciləri: yol - 80.7 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel - 11.6 km.
Görülmüş işlər: 7 km Toğanalı kənd yolunda asfalt-beton örtük tikilib, 48 km mövcud yol genişləndirilib və hərəkətə yararlı vəziyyətə gətirilib, 14 km hissəsinə asfalt-beton örtük döşənib, Murovdağ tunelində qazma işləri davam etdirilir.
Kəlbəcər - Laçın avtomobil yolu
Texniki göstəriciləri: yol - 72.3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel - 9.8 km;
Görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri 10% icra olunub.
Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi
Texniki göstəriciləri: 30 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
Görülmüş işlər: yolların torpaq yatağının və yol geyimi tikintisi işləri aparılır, boruların tikintisi 95% icra olunub, yol nişanları 80% quraşdırılıb.
Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd avtomobil yolu
Texniki göstəriciləri: 123.8 km, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlı.
Görülmüş işlər: 0-23, 50-66-cı km hissələrində torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 17%, boru və keçidlərin tikintisi 12%, körpülərin tikintisi 10% icra olunub.
Xudafərin - Qubadlı - Laçın avtomobil yolu
Texniki göstəriciləri: 70.4 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: Qubadlı - Laçın istiqamətində 0-37 km, Xanlıq istiqamətində 0-1 və 5-14 km hissədə torpaq yatağı tikilmiş, 1 və 22-ci km-də körpü tikintisi işləri aparılır, topoqrafik işlər davam etdirilir. Torpaq işləri 36%, yol geyimi - 5%, boru və keçidlərin tikintisi 37%, körpülərin tikintisi 29 % icra olunub.
Qubadlı - Eyvazlı avtomobil yolu
Texniki göstəriciləri: 26 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
Görülmüş işlər: Qubadlı rayonu ərazisində Eyvazlı kəndinə gedən yolda qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri aparılır. Ümumi yolun 8 km-də torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb.
Şükürbəyli - Cəbrayıl - Hadrut avtomobil
Texniki göstəriciləri: 43 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: torpaq işləri 51%, yol geyimi 9%, boru və keçidlərin tikintisi 52%, körpülərin tikintisi 49% icra olunub.
Füzuli - Hadrut avtomobil yolu
Texniki göstəriciləri: 13 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri aparılır. İlk 5 km hissəsində torpaq işləri və yol yatağının tikintisi 50% icra olunub.
Bərdə - Ağdam avtomobil yolu
Texniki göstəriciləri: 45 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: torpaq işləri 42.5%, yol geyimi 6.8%, boru və keçidlərin tikintisi işləri 28.2%, körpülərin tikintisi 81.2% icra olunub.
Talış - Tapqaraqoyunlu - Qaşaltı - Naftalan avtomobil yolu
Texniki göstəriciləri: 22 km, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
Görülmüş işlər: 0-6 km hissəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib, həmin hissədə torpaq yatağı, su ötürücü borular və yolun əsası, ilk 1.8 km hissədə asfalt-beton örtük tikilib,15-22 km hissədə deformasiyaya uğramış örtük qazılaraq çıxarılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA