sedanews.az
sedanews.az

67 ölkədən birinciliyə çıxan azərbaycanlı - VİDEO

30-03-2023, 11:45 429 dəfə baxılıb

67 ölkədən birinciliyə çıxan azərbaycanlı - VİDEO

   Urfan Cəfərov “Karnegı Holl”da çıxış edən ilk gənc opera ifaçısıdır
İtaliyalı bəstəkar Umberto Cordanonun Andre Şenye operasından Jeraranın Nemiko de La Patria ariyasının mükəmməl ifası azərbaycanlı opera ifaçısı Urfan Cəfərova 67 ölkə arasında birinciliyi və qızıl medalı qazandırıb. Qeyd edək ki, Nyu-Yorkda keçirilən "American International Vocal Competition of Opera Singers 2023" beynəlxalq opera ifaçılarının vokal müsabiqəsində iştirak edən gənc opera ifaçısının səsi dünyanın ən mötəbər səhnəsin¬də Amerikanın Carneqi Hall konsert salonunda səslənib. Vokalçı səsi və səhnə mədəniyyəti ilə juriləri heyran edib və o, bu nüfuzlu vokal müsabiqəsinin qızıl medalına layiq görülüb. Amerikadan yenicə Vətənə qayıdan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrinin gənc solistini Heydər Əliyev adına hava limanında qarşıladıq və o, bizimlə həm təəssüratlarını, həm də öz sevinc hisslərini paylaşdı.

Urfan Cəfərovu pianoda müşayət edən, onun konsertmeystreri, əməkdar artist, Bakı Musiqi Akademiyasının baş müəllimi Nigar Məlikova Urfanın qələbə qazanacağına əmin olduğunu deyir.
Sinxron
   Gənclər və İmdan Nazirliyi, Gənclər Fondunun dəstəyi ilə müsabiqəyə qatılan Ürfan Cəfərov müsabiqənin qalibi kimi solo konserti üçün prestijli sertifikat alaraq, dünyanın ən məşhur konsert salonlarından biri olan Carnegie Hall-da Azərbaycanı ilk dəfə təmsil etmiş və solo ifa edən ilk azərbaycanlı gənc ifaçı olub. Bu müsabiqə gənc ifaçıların dünya şöhrətli səhnədə solo konsertini təmin edən yeganə platformadır. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, Azərbaycanın Xalq artisti, professor, dünyaşöhrətli opera müğənnisi Xuraman Qasımovanın tələbəsi olan Urfan Cəfərov daha əvvəl respublika və beynəlxalq müsabiqələrin laureatı, opera ifaçılarının Avropa Çempionu və Gənclər Mükafatçısı, Azərbaycan Milli İnciləri Mükafatçısı, İngiltərədə keçirilən Qızıl Səs mükafatının laureatıadına layiq görülüb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA