sedanews.az
sedanews.az

Saxtakar namizədlər: ilk fürsətdə nələr edirlər!..

23-01-2020, 13:58 31 dəfə baxılıb

Saxtakar namizədlər: ilk fürsətdə nələr edirlər!..




                Fevralın 9-da keçiriləcək parlament seçkilərini ölkə ictimaiyyəti böyük maraqla gözləyir. Hər kəs demokratik, qanun-qayda çərçivəsində seçki keçiriləcəyinə inanır. Bəzi namizədlərdən başqa...
Bildiyiniz kimi, saytlarda onlayn səsvermə bölməsi yaradılıb – Axar.az-da da yerləşdirilib. Bu, fevralın 9-dakı seçkiyə heç bir təsir etməyən platformadır. Seçici aktivliyinə təsir etmək üçün düşünülmüş bir formadır.
Amma gəlin görək bəzi namizədlər bu “simvolik qutuda” hansı rüsvayçılıqlar edirlər.
Bu adamlar gedib seçicilərlə görüşmək, xalqa yaxın olmaq əvəzinə haker tapıb, onlayn səsverməyə müdaxilə edirlər və saxtakarlıqla səs faizlərini artırırlar.
Bunlar təkcə saxtakar deyil, həm də ağılsızdırlar. Çünki xüsusi əhəmiyyəti olmayan bu onlayn səsvermədə qalib olmaq üçün hakerlərə pul ödəyirlər.
Məni yandıran isə budur: demokratik seçki tələbi, istəyi və arzusu ilə seçkiyə qoşulduğunu bildirən namizəd ilk fürsətdəcə seçkini saxtalaşdırdı.
Bu adamlar hələ onlayn səsvermədə belə saxtakarlıq edirlər. Əllərində fürsət olsa, fevralın 9-da qalib gəlmək üçün hər cür həyasızlığa, saxtakarlığa əl atarlar.
Mən belələrinə “seçki qutusu siçovulları” deyirəm. Siçovul kimi girib qutuda eşələnirlər, elə bilirlər, heç kimin xəbəri yoxdur.
O adamlar bilməlidirlər ki, bu “onlayn tərbiyəsizliklər” unudulmayacaq, seçicilər hətta növbəti seçkilərdə belə onlara etimad göstərməyəcək.
Onlayn səsverməyə müdaxilə edənlər təkcə saxtakar və ağılsız yox, həm də savadsızdırlar. Çünki həmin səsvermənin yuxarı hissəsində saxta səslərin sistemdən silinəcəyi qeyd edilib və silinir də!
Təsəvvür edin, onlayn səsvermə prosesini izləyirik: gecə saatlarında bir anda səs faizi 10-15 min artır. Bu, necə mümkün ola bilər? Təbii ki, saxtakarlıq yolu ilə.
Və həmin səslər bir neçə saatdan sonra silinir. Və...
Bu adamlar saxta səslərin silindiyini görür, bilir, amma yenə haker vasitəsilə səs saxtalaşdırırlar.
Bu qədər həyasızlığı kim təsəvvür edə bilər?
Onlar yenə saxtakarlıq edəcəklər və xalq bu adamları yenə seçməyəcək.
Çünki xalqın hətta onlayn səsini belə oğurlamağa çalışmaq ona xəyanətdir.
Ümid edir və inanırıq ki, fevralın 9-da seçki qutuları açılacaq və oradan “siçovul başlı insan bədənli namizədlər” çıxmayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA