İkinci Qarabağ müharibəsi dövründə Rusiyanın Suriyadan olan muzdlu döyüşçüləri Dağlıq Qarabağa göndərdiyinə dair yeni faktlar ortaya çıxıb.
“Report” xəbər verir ki, “Syrians for Truth and Justice” (STJ) təşkilatı bununla bağlı geniş araşdırma dərc edib.
On müsahibin fikirləri və uçuşların izlənməsi üçün istifadə olunan onlayn resurslar vasitəsilə aparılan araşdırmada vurğulanıb ki, Rusiya Bəşşar Əsəd hökumətinin köməyi ilə yüzlərlə suriyalını Ermənistan tərəfdə Azərbaycana qarşı döyüşməyə cəlb edib. Bunun üçün həmin şəxslərə pul ödənilib.
Sentyabr və oktyabr aylarında ölkənin Latakiya əyalətindəki Rusiyanın nəzarəti altında olan Xmeymim hərbi hava bazasından suriyalı muzdlu döyüşçülər Azərbaycana qarşı müharibədə ermənilərlə birgə vuruşmaq üçün göndərilib. Muzdlulara Liviyaya gedəcəkləri bildirilsə də, onlar Dağlıq Qarabağa gətirilib. Bu müddət ərzində 5 uçuş qeydə alınıb. Bundan başqa, ərəb muzdlularla yanaşı, Suriya mənşəli ermənilərin Livanın paytaxtı Beyrut və Suriya paytaxtı Dəməşqin hava limanlarından Ermənistana onlarla uçuşu təsdiqlənib. İlk iki dəstə oktayabrın 21-də Ermənistana göndərilib. Bununla əlaqədar döyüşçülərə və ailələrinə yanlış məlumat verilib. Hətta bir çox ailə oğullarının Liviyada müəyyən tapşırıqları yerinə yetirmək əvəzinə, Ermənistanda döyüşdüklərini eşidəndə şoka düşüblər.
Təşkilatçılardan biri bunu təsdiqləyib: “Ermənistanda döyüşə göndərilən əsgərlər prosesin təfərrüatları barədə tam məlumatlandırılmadılar. Əvvəlcə Liviyada pul üçün döyüşməyə qeydiyyatdan keçdilər. Liviyada aktiv döyüşlər dayandığı müddətdə Qarabağda döyüşlərin getdikcə intensivləşdiyinə görə işə qəbul olunanlar Ermənistana göndərildilər. Maaşlar ixtisasdan və tələb olunan bacarıqlardan asılı olaraq 1 000 ilə 2 000 dollar arasında dəyişirdi. Ancaq muzdlular yaralanma hallarında təzminat almaq hüququna malik deyildilər. Həm də bizim itkin düşmüş əsgərləri axtarmaq və ya əsir mübadiləsi sövdələşmələri aparmaq kimi öhdəliyimiz yoxdur”.
Liviya yerinə Ermənistana aparılan muzdlulardan birinin anası manipulyasiya edildiyini bildirib: “Pula çox ehtiyac duyduq, bu səbəbdən oğlumu Liviyaya getməyə razı saldılar. Sentyabrın 15-də ona zəng etdilər. Oğlum ertəsi gün evdən çıxdı. Liviyadakı həyati əhəmiyyətli obyektləri qorumaq tapşırığı aldıqlarını söyləyərək getdi. Oğlum sentyabrın 18-də bir zabitin telefonundan istifadə edərək bizə Xmeymim hava bazasından zəng etdi. Onunla sonuncu dəfə o zaman danışmışam”.
Homs əyalətinin Palmira şəhərindən digər bir muzdlunun qohumu onun öldürüldüyünü və cəsədinin bu yaxınlarda ailəyə təslim edildiyini söyləyib: “Avqustun ortalarında Liviyaya səyahət etmək üçün adını siyahıya saldırdı. Hərbi xidmətə Palmira şəhərindəki Milli Müdafiə Qüvvələri vasitəçilik etmişdi. Orada qohumuma 1 000 dollar maaşından 500 000 Suriya lirəsı avans verildi. Digər 15 nəfər də cəlb edildi. Hamısı sentyabrın 11-də Palmira hava bazasında toplanıblar və növbəti iki günü orada keçiriblər. Oradan onlar Xmeymim hava bazasına köçürülüb və Ermənistana göndərilib. İşə götürülənlərin mobil telefonları, saatları və digər şəxsi əşyaları səyahətə çıxmazdan əvvəl əllərindən alınıb”.
Suriyalı muzdlu döyüşçülər Xmeymim hava bazasından Rusiya hərbi təyyarəsi ilə Ermənistana – Erebuni hava limanına aparılıblar. Muzdlular sentyabrın 19-22-də ardıcıl uçuşlarla göndərilib. Digərləri oktyabrın 12, 21 və 27-də göndərilib. Sentyabr və oktyabr aylarında Rusiya Qarabağda ölən azı 15 suriyalı muzdlu döyüşçünün cəsədlərini geri daşıyıb. 12 yaralı da Homs hərbi xəstəxanasına köçürülüb.
Homs hərbi xəstəxanasının tibb işçisi faktı təsdiqləyib: “Son üç ayda Xmeymim Hava Bazasından 35 meyit gətirilib və çoxlu sayda yaralı xəstəxanaya yerləşdirilib. Liviyada və ya Qarabağda döyüşürdülər. Bir çox meyitlər hələ də ailələrə verilməyib. Sentyabrın 29-u və oktyabrın 12-də doqquz cənazə gətirilib, meyitlər parçalanmış vəziyyətdə idi. Yaralılar bizə bildirdilər ki, ölənlər Ermənistandan gətirilib”.
5 suriyalı muzdlunun cəsədi isə oktyabrın 12-si və 27-də Ermənistandan Tartus hərbi xəstəxanasına gətirilib. Daha sonra xəstəxanadan Deyr əz-Zor hava limanına aparılıb. Orada ailələrdən gəlib meyitlərini götürməkləri tələb olunub. Hələ də Ermənistandan geri göndərilməyən əlavə 14 yaralı döyüşçü barədə məlumat var. Bir ailə bu barədə danışıb: “Xaricdə milli vəzifə borcunu yerinə yetirərkən öldüyünü söylədilər. Bizə cəsədi və daha bir yaralı qohumumuzu Homs hərbi xəstəxanasından götürə biləcəyimizi dedilər. Həqiqətən də, oktyabrın ikinci yarısında oraya getdik və həm öldürülənlərin, həm də yaralananların Xmeymim hava bazasından hərbi təyyarədə xəstəxanaya aparıldığını gördük”.
Araşdırmada suriyalı ermənilərin də Qarabağa getdiyi vurğulanır. Digər ölkələrdən onlarla erməninin də döyüşmək üçün getdikləri təsdiqləndiyi qeyd olunub. Bir erməni bu barədə danışıb: “Döyüşçülər Suriyadan, Livandan, Cənubi Amerikadan və hətta Kanadadan gəlmişdi. Ən azı 147 nəfər idik. Bizə qısa müddətdə paytaxt Yerevandakı düşərgələrdə silahlarla davranmaq öyrədildi. Sonra hər biri 30 muzdludan ibarət bölmələrə ayrıldıq. Müharibənin başlanğıcından etibarən livan və suriyalılar başda olmaqla, erməni muzdluları hərbi xidmətə cəlb olunurdu. Livanın Bürc Hammud şəhərində olanlar adlarını Erməni Gizli Ordusunda (ASALA) qeydiyyatdan keçirdilər. Digərləri Rusiyanın vasitəçiliyi ilə Rizcan Sarancyanın komandanlığı altında muzdlu olaraq iştirak etdilər”.
Döyüşlərdə iştirak etmək üçün Suriyadan və Livandan iki dəstə döyüşçü gedib. Bunu Suriyanın Kesab şəhərindəki erməni xristianlarının sözçüsü Qaro Mancikyan bildirib: “Birinci dəstə oktyabrın 6-da Beyrut hava limanından getdi. İkinci partiya isə oktyabrın 17-də “Cham Wings” hava yolları (Suriyanın özəl hava yolu şirkəti) tərəfindən uçan Dəməşq Beynəlxalq Hava Limanından yola düşdü. İkinci qrupa erməni muzdluları və İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının digər üzvləri daxil idi. Kesabdakı erməni kəndlərinin əhalisi, demək olar, tamamilə Livana köçürüldü. Dağlıq Qarabağda mübahisə başlayanda Livan Azad Vətənpərvərlər Hərəkatı həm Suriya, həm də Livan ermənisi gənclərinin təşkilatlanmasında və onları döyüş meydanına göndərilməsində mühüm rol oynadı. Livandakı ən böyük erməni siyasi partiyası olan Erməni İnqilab Federasiyası (Daşnaksütyun kimi də tanınır) bəzi yaraqlılarını ora döyüşə göndərdi. Bu gün Ermənistanda döyüş məqsədilə Suriyadan olan təxminən 200 erməni gənc var. Bunların çoxu döyüşmək və sonradan Ermənistan vətəndaşlığını almaq üçün ora üz tutub”.
Başqa bir erməni Rafi Qazaryan ilə də müsahibə alınıb: “Bəzi ermənilər Suriyadan və Livandan döyüşmək üçün getdilər. Hər iki ölkədəki erməni sakinlərindən, xüsusən də Suriyadakı müharibədən qaçaraq Dağlıq Qarabağa sığınan suriyalı ermənilərə yardım göndərmək üçün təbliğat kampaniyası aparılıb”.
Ermənistandakı döyüşçülər arasında ölüm hadisələrini araşdırarkən Hələbdə yaşayan bir suriyalı gənc erməni qadından müsahibə alınıb və şəhərdən bir neçə erməni gəncin adlarını Livandakı Daşnaksütun Partiyasında qeyd etdikdən sonra Ermənistana getdiyini söyləyib: “Dağlıq Qarabağın Şuşa şəhərində üç nəfərin öldüyü bizə bildirildi. Hər üçünün meyti bura göndərildi və Suriyada dəfn edildi. Hələb şəhərindən olan başqa 18 erməninin yaralandığını da bizə bildirdilər”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Rusiya vətəndaşları 1500 dollara Qarabağa döyüşməyə gedir
Kılıç: Qarabağda savaş bir gecəyə bitər, əgər...
Ermənistana "müharibə" əmri verilib - Azərbaycan terrorçularla savaşacaq
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Ночная атака БПЛА: ВСУ ударили по НПЗ в Поволжье, Татарстане и военному аэродрому под Воронежем
Ərdoğan: Türkiyənin müdafiə sənayesinə qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır
Türkiyə 2030-cu ilədək hərbi büdcəsini əhəmiyyətli dərəcədə artıracaq
Liderlər ailə fotosu çəkdirdilər
Zəfər yollarından doğma evlərə: Kiçik Qaladərəsi, Quzeyxırman və Güneyxırman sakinləri 30 ildən sonra Yurdlarına qovuşdu
İran yenidən Bəhreyndəki ABŞ mövqelərinə raket zərbələri endirib
İran XİN: ABŞ qarşılıqlı anlaşma memorandumunu kobud şəkildə pozub
Vətən fədailərinin şərəfli ömür yolu
Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri nazirini qəbul edib - (Foto)
Ukrayna Rusiya hərbi obyektlərinə zərbələr endirib
Gəncləri rayona qaytarmağın yolu... - Ekspert
İyul ayında hansı ərzaqlar ucuzlaşacaq? – İstehlakçılar üçün ŞAD XƏBƏR
Tiflisə gedən qatarlara əlavə 3 vaqon qoşulacaq: Burada biletlər daha ucuzdur
Vətən sizə oğul dedi!
Ankarada 36-cı NATO Sammiti bu gün Müdafiə Sənayesi Forumu ilə başlayır - FOTO
Misir və Azərbaycan arasında vizasız rejim tətbiq olunacaq?
Media savadlılığı regionlarda təşviq olunacaq
Dünyanın ən böyük hərbi qərargahı müsəlman ölkəsində açıldı
Şuşada "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı beynəlxalq konfransda birgə Bəyannamə qəbul olunub
Pafoslu çıxışlar və boş vədlər: Məmur məsuliyyətsizliyinin dövlətə və xalqa zərbəsi
Sertifikasiyadan keçə bilməqən müəllimlər üçün xoş xəbər
Şuşa zirvəsinin xüsusi təyinatlı fatihi: Şəhid İsmayıl Qəsəbov
Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edib
İcbari tibbi sığorta ilə bağlı ödənişin məbləği dəyişir
Kolbasanın içində yad cisim: İstehlakçı şikayət edir, AQTA araşdırmaya cəlb olunub
Sükan arxasında "Rus ruletkası": Yollarımızda hər il niyə yüzlərlə insan itiririk?
Səfərbərlik Xidmətində 88 nəfərlə bağlı materiallar Baş Prokurorluğa göndərildi
Dağıdıcı güc, yoxsa inkişaf mühərriki? Müharibələrin dünya iqtisadiyyatına real təsiri
Rusiya Kiyevə kütləvi hücum zamanı 28 ballistik raket tətbiq edib
Bağçalara elektron qəbula başlanılır
Məşhur tiktoker "Arzum" həbs edildi
Vilayət Eyvazov şəxsi heyəti təbrik etdi
Andına sadiq qalan Polis Şəhidlərimiz
Leyla Əliyeva “Azəripək” ASC-nin fəaliyyəti ilə yaxından tanış olub
Şərəfli ömür və döyüş yolu: Milli Qəhrəman Asif Məhərrəmov
Avtomobil almaq istəyənlər üçün yeni fürsət: Maşınlar ucuzlaşdı
TƏBİB-in icraçı direktorunun müavini bu şəxs OLDU
Xüsusi statusla mənzillə təminat yalnız 1 dəfə mümkündür
Bu gün UFC Fight Night Baku keçiriləcək
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
“Qarabağ” UEFA reytinqində əmsalını artırdı
“Qarabağ” bu gün “Kopenhagen”ə qarşı - Saatlar qaldı
III MDB Oyunlarında Azərbaycanın bayraqdarları - FOTO
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi