sedanews.az
sedanews.az

Ərdoğanın Şuşa səfəri göstərdi ki... - Erməni ekspert

17-06-2021, 09:58 335 dəfə baxılıb

Ərdoğanın Şuşa səfəri göstərdi ki... - Erməni ekspert

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada səsləndirdiyi bəyanatlar Ermənistanın siyasi kuluarlarında əsas müzakirə obyekti olaraq qalır.
İyun ayının 15-də baş tutan bu səfər dünyanın aparıcı KİV-lərinin diqqət mərkəzində idi və təkcə regionda deyil, dünyanın siyasi mərkəzlərində maraqla izlənilirdi. Bu diqqət və maraq daha çox Türkiyə liderinin bir gün əvvəl Brüsseldə NATO sammiti çərçivəsində ABŞ Prezidenti Co Baydenlə keçirdiyi görüşlə izah olunsa da, 2020-ci ilin noyabrından sonra Cənubi Qafqazda yaranan yeni geopolitik situasiyada yeni konturların cızılacağı ilə daha çox aktual görünürdü.
Axar.az xəbər verir ki, Ermənistan EA Şərqşünaslıq İnstitutu elmi rəhbərinin əvəzi, akademik Ruben Safratsyan “Sputnik Armeniya”nın efirində bu konturlardan danışıb:
“Əliyev və Ərdoğan təkcə Ermənistana, Qarabağa deyil, bütün ermənilərə və regiona Türkiyənin Cənubi Qafqazda yeni statusda möhkəmlənməsinin, Azərbaycanla Türkiyə ittifaqının nə qədər dərin olduğunun təqdimatını etdilər”.
Akademik Safratsyan hesab edir ki, Türkiyə Prezidentinin Şuşa səfəri daha çox rəmzi mahiyyət daşısa da, konkret mesajları ilə yadda qalacaq:
“Bu səfəri ilə o, türk dünyasına göstərdi ki, Türkiyə öz vədini gerçəkləşdirəcək gücdədir. Bu, xüsusilə, Əliyevin Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi fonunda güc nümayişi kimi daha çox yadda qaldı. Türkiyə Qərbin tapşırıqlarını yerinə yetirməklə, regionda onun nümayəndəsi rolunda çıxış edir. Baydenlə görüşdən sonra Ərdoğanın səsləndirdiyi bəyanat da göstərir ki, Türkiyənin NATO və ABŞ üçün strateji əhəmiyyəti indiyəcən heç vaxt bu səviyyədə olmayıb”.
Safratsyanın fikrincə, Ərdoğan Türkiyənin “Qarabağ müharibəsinə qoşulması” Qərbin maraqlarına uyğundur. Ermənistan rəhbərliyinin reallaşacağını inkar etdiyi “Zəngəzur dəhlizi”, əslində gerçəklikdir və “Türkiyə ilə Azərbaycanın bu layihənin reallaşması üzərində intensiv çalışması onu təsdiqləyir ki, Naxçıvanla Bakı arasında nəqliyyat dəhlizinin yaradılması uzaqda deyil”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA