sedanews.az
sedanews.az

Rusiya Ermənistandan izahat istəyib

5-09-2023, 16:06 187 dəfə baxılıb

  Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hökumətindən Roma statutunu parlamentə ratifikasiya üçün göndərməsinə görə izahat istəyib.
  REAL xəbər verir ki, bu barədə qurumun sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, gələcək addımlar bu izahatın məzmunundan asılıdır.
  Xatırladaq ki, daha əvvəl Ermənistan hökuməti Roma statusunu ratifikasiya üçün parlamentə göndərib.
   Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa tribunalı) Rusiya Prezidenti Vladimir Putini Ukrayna ərazisində müharibə cinayətlərində ittiham edərək barəsində qərar çıxarıb.
   Ermənistan parlamenti sənədi ratifikasiya edəcəyi təqdirdə, İrəvan Beynəlxalq Ədalət Məhkəməsinin qərarını icra etmək öhdəliyi götürür. Bu isə o deməkdir ki, Putin Ermənistana səfər edərsə, həbs olunaraq aidiyyəti üzrə təhvil verilməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA