sedanews.az
sedanews.az

Azərbaycan və Türkiyə din sahəsində təcrübə mübadiləsinin genişləndirilməsində maraqlıdır

29-05-2024, 12:06 145 dəfə baxılıb

  Azərbaycan və Türkiyə din sahəsində təcrübə mübadiləsinin genişləndirilməsində maraqlıdır.
REAL xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun Türkiyəyə səfəri çərçivəsində bu ölkənin Dəyanət İşləri İdarəsinin sədri Ali Erbaş ilə görüşü zamanı qeyd olunub.
  Görüşdə iki ölkə arasında qardaşlıq və dostluq əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb. Bildirilib ki, Azərbaycanla Türkiyə arasında digər istiqamətlərdə olduğu kimi, din sahəsində də əməkdaşlıq yüksək səviyyədə qurulub və hər iki tərəf bu əlaqələrin dərinləşdirilməsində, dini məsələlərin tənzimlənməsi ilə bağlı təcrübə mübadiləsinin genişləndirilməsində maraqlıdır.
  R.Məmmədov həmçinin Türkiyənin Dəyanət Akademiyası və Diyanət Vəqfində də olub. Dəyanət Akademiyasının sədri Enver Osman Kaan ilə görüşdə xalqlar arasındakı tarix boyu formalaşmış möhkəm təməllərə əsaslanan qardaşlıq münasibətlərinə diqqət çəkilib. Qardaş ölkələrin dini-mənəvi sahədə əməkdaşlığının önəminin vurğulandığı görüşdə Dini Komitə ilə Türkiyənin Dəyanət İşləri İdarəsi arasında əlaqələrin inkişaf etdirilməsinin vacib olduğu bildirilib.
  Qeyd edək ki, Dövlət Komitəsi sədrinin Türkiyəyə səfəri mayın 28-də başlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA