sedanews.az
sedanews.az

16 yaşlı Fatimənin qətlinə onlar şərait yaradıb – Zeynalova

30-01-2020, 14:56 802 dəfə baxılıb

16 yaşlı Fatimənin qətlinə onlar şərait yaradıb – Zeynalova




                Masallı rayonu Xoşçobanlı kəndində 16 yaşlı Fatimə Qəmbərovanın 19 yaşlı əri İman Məmmədov tərəfindən qətlə yetirilməsi ictimaiyyətdə geniş müzakirə olunur.
Hadisə ilə bağlı Axar.az-a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, bu tip olaylar yaşananda ictimaiyyət bizim Birlikdən də hansısa addımın atılmasını gözləyir:
“İnsanlar hesab edirlər ki, maarifləndirmə ilə problemi aradan qaldırmaq mümkün olacaq, lakin təkcə bu yol kifayət etmir. Fakt budur ki, 16 yaşlı bir qız ailə qurub. Araşdırmaq lazımdır ki, niyə aidiyyəti qurumlar bu məsələdə aktivlik nümayiş etdirməyib, araşdırma aparmayıb”.
Mehriban Zeynalovanın sözlərinə görə, hadisəni qabartmaq və bu şəxsləri ictimailəşdirmək lazımdır:
“Bu adamlar qanuna yox, stereotiplərə söykəniblər və faktiki olaraq iki gəncin həyatının məhv olmasına səbəb olublar. Qeyd etmək lazımdır ki, bu hadisələrin kökündə həm də seksual tərbiyənin olmaması dayanır. Faciənin baş verməsində əsas günahkar uşaqların ailələri, dövlət qurumlarını aldadan, hansısa formada məsələni ört-basdır etməyi tələb edən valideynlərdir. Hesab edirəm ki, valideynlər cəzalandırılmalıdır. Doğrudur, övlad itiriblər, çətindir, amma bu faciəyə səbəb özləridir. Bu valideynlər cinayət məsuliyyətinə cəlb olunmalıdır ki, digər valideynlərə də dərs olsun”.
Qeyd edək ki, Masallıda iki həftə əvvəl toyu olan 16 yaşlı Fatimə Qəmbərova 2001-ci il təvəllüdlü əri İman Məmmədov tərəfindən öldürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA