sedanews.az
sedanews.az

Sənədsiz ev dərdi: “Bundan dövlət büdcəsi ziyan görür” - ŞƏRH

30-01-2020, 16:10 644 dəfə baxılıb

Sənədsiz ev dərdi: “Bundan dövlət büdcəsi ziyan görür” - ŞƏRH





Azərbaycanda uzun illərdir sənədsiz evlərin dövlət reyestrinə daxil edilməsi prosesi yubanır.
İqtisadçı-ekspert Rəşad Həsənov Oxu.Az-a mövzu ilə bağlı danışıb.
O deyib ki, sənədsiz evlərlə əlaqədar vəziyyət vətəndaşların böyük əksəriyyətinin mülkiyyət hüquqlarından istifadə edə bilməməsinə gətirib çıxarır.
Onun fikrincə, digər tərəfdən, sənədsiz torpaq sahələri və sənədsiz evlər dövlət büdcəsinə də ziyan vurur.
“Çıxarışı olmayan mənzillərdən və ya yaşayış sahələrindən faktiki olaraq əmlak vergisinin toplanması texniki cəhətdən mümkün deyil. Qanunvericiliyə görə, sadəcə, çıxarışı olan mənzillərdən əmlak vergisi tutula bilər. Bununla da dövlət büdcəsi itirmiş olur”, - deyə R.Həsənov bildirib.
Ekspert problemin hüquqi tərəflərinə də diqqət çəkib, deyib ki, aidiyyəti qurumların subyektiv maraqları da müəyyən çətinliklərə gətirib çıxarır.
R.Həsənov sənədsiz daşınmaz əmlaklarla bağlı məsələnin həll edilə bilməməsinin digər səbəblərindən də danışıb.
“Gəlin, baxaq, məsələnin birinci tərəfi texniki problemlərlə bağlıdır. Bir sıra hallarda, xüsusilə fərdi yaşayış sahələri təhlükəli yerlərdə tikilir.  
Yaxud da bəzi yaşayış sahələrinin sənədləşməsi üçün torpağın təyinatının dəyişməsinə ehtiyac var. Bu isə qurumlar arasında ciddi koordinasiya tələb edən məsələdir. Ancaq proses yubana-yubana gedir”.
İqtisadçının fikrincə, çoxmənzilli binalarda da tikinti normalarına əməl edilməməsi hallarına rast gəlinir.
R.Həsənov qeyd edib ki, bəzi mənzil-tikinti kooperativlərinin rəhbərləri subyektiv maraqlarını müdafiə etmək üçün prosesə maneə yaradırlar.
“Qeyri-qanuni ödənişlər və digər bu kimi məsələlər ortaya çıxır. Çoxmənzilli binalarda qeyri-qanuni ödənişlərin yığılması da sənədsiz evlərlə bağlı problemin həllini ləngidən amillərdəndir. Problemin həlli üçün qurumlar qarşısında qoyulan öhdəliklər konkretləşdirilməlidir”, - R.Həsənov əlavə edib.
Aqşin Kərimov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA