Dövlət İmtahan Mərkəzi 2020-2021-ci tədrsi ili üzrə ali məktəblərə ixtisas qrupları üzrə müsabiqə şərtlərini açıqlayıb.
Milli.Az-ın məlumatına görə, I ixtisas qrupu üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
- "Riyaziyyat", "Fizika", "Kompüter elmləri" ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən az olmayan abituriyentlər buraxılır;
- Dövlət ali təhsil müəssisələrinin ("ADA" Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
- Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50- dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
Meliorasiya mühəndisliyi;
Texnologiya müəllimliyi
Ekologiya mühəndisliyi.
Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən, imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər buraxıla bilərlər:
Aqronomluq;
Meşəçilik
Balıqçılıq
Şərabçılıq
Torpaqşünaslıq və aqrokimya
Yer quruluşu və daşınmaz əmlakın kadastrı
Zoomühəndislik
II ixtisas qrupu üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
- Dövlət ali təhsil müəssisələrinin ("ADA" Universiteti istisna olmaqla) tədrisi inmgilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
- Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50- dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
Marketinq
Biznesin idarə edilməsi
Regionşünaslıq (regionlar üzrə)
Turizm bələdçiliyi
Turizm işinin təşkili
III ixtisas qrupu müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
- Dövlət ali təhsil müəssisələrinin ("ADA" Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
- Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50- dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması;
Sosial iş.
IV ixtisas qrupu üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
- Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
- Aşağıda qeyd olunan ixtisas üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
Ekologiya.
Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun balı, qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi balı əsasında aparılır.
Xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər, ilk növbədə həmin ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə müsabiqədə iştirak edirlər. Abituriyent yalnız bir xüsusi təyinatlı ali təhsil müəssisəsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər. Müsabiqədən keçməyən abituriyentlərə həmin ixtisas qrupuna daxil olan digər ixtisaslar üzrə keçirilən müsabiqədə ümumi qaydada iştirak etmək imkanı verilir.
Qeyd edək ki, 2020-2021-ci tədris ili üçün ali təhsil müəssisələrinə ixtisas seçimi sentyabrın 10-dan 20-dək aparılacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Əvəz Zeynallı kimdir və onun haqqında həqiqətlər
Hövsanda sakinlərin sualı: Bələdiyyə haradadır?
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Azərbaycanda 2,5 milyon insan xəstələnib
Fermerlərin torpağı əlindən alına bilər
Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq
Bu gün Milli Musiqi Günüdür
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasından 141 il ötür
13 yaşadək uşaqlara sosial şəbəkə qadağan olunacaq
Emin Əmrullayev ibtidai təhsildən danışdı
Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır - RƏSMİ
Bu ilin yeddi ayında Azərbaycanda 1 696 əkiz, 60 üçəm doğulub
Azərbaycan əhalisi 10,2 milyonu keçdi
Türk dünyasının təhlükəsizlik rəhbərləri Bakıda toplandı
Yatarkən daha çox kalori yandırmağın sirri açıqlandı
Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
“Şərikli çörək” filminin ssenaristi vəfat edib
Bir sıra ərazilərdə işıq olmayacaq
“Brent” neftin qiyməti 105 dollara düşdü
Bakıda bəzi yollarda sıxlıq yaranıb - SİYAHI
Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanı qarşılayıb, təkbətək görüş olub
Ərdoğan Azərbaycanı təbrik edib
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib (FOTO/VİDEO)
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib (FOTO/VİDEO)
Sabah 35 dərəcə isti olacaq
Daha 220 keçmiş məcburi köçkün vətəninə qayıdır
Bakının bəzi ərazilərində qaz olmayacaq
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Azərbaycanda Bilik Günüdür
Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verildi
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək
Ceyhun Bayramov Aİ rəsmisi ilə görüşdü - sülhü müzakirə etdi
Muxtar Babayev: 2030-cu ilə qədər elektrik enerjisinə investisiyalar 600 milyard dollara çatmalıdır
Avqustda qiyməti artan mal və xidmətlərin adları açıqlandı - FOTO
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı təsdiqlənib
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Minlərlə azərbaycanlı “qara siyahı”ya düşdü - ölkəyə buraxılmayacaqlar
Şəkidə istirahət mərkəzində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Leyla Əliyeva və Arzu Əliyeva Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak ediblər
Samuxda qarayara yayılır? - Nazirlikdən AÇIQLAMA
Azərbaycanda 1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Bu gün UFC Fight Night Baku keçiriləcək
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Dünya xəritəsi yeniləndi – Ölkələrin ölçüləri dəyişib
Şimali Kiprdə matəm elan edildi
Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb