sedanews.az
sedanews.az

Avtobusların üzərində “Qarabağ Azərbaycandır!” şüarı yazıldı

14-10-2020, 14:27 534 dəfə baxılıb

Avtobusların üzərində “Qarabağ Azərbaycandır!” şüarı yazıldı
Paytaxtda xəttə çıxan marşrut avtobuslarının bəziləri qeyri-adi tərtibatı ilə sərnişinlərin diqqətini çəkir.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumatda qeyd olunub. 
Belə ki, Avtobusların üzərinə “Qarabağ Azərbaycandır!” və “Qələbə Bizimlədir!” şüarı yazılıb. Həmçinin, dövlət bayrağı və ölkəmizin xəritəsi əks olunub. Avtobusların vətənpərvərlik mövzusunda tərtibatı böyük marağa səbəbə olub. 
Məlumata görə, aksiyanın keçirilməsində məqsəd cəmiyyətimizdə mövcud olan yüksək vətənpərvərlik ruhunu daha da artırmaqdır. Qeyd edək ki, bu tərtibatda avtobuslar 13 və 14 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA