Sizin reklam burada728x90
Son dəqiqə:
» » Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib

Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib

24.11.2026, 15:30 Hadisə Çap et

Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib.
Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.
Bildirilib ki, nazirliyin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri Səbail rayonu, Badamdar–20-ci sahədə mütəmadi müşahidə və monitorinq işləri aparır.
Son monitorinqlər zamanı ərazidə sürüşmə prosesinin aktivliyinin davam etdiyi və mövcud çatlarda genişlənmənin baş verdiyi müəyyən edilib.
Hazırda ərazidəki vəziyyət nəzarətdə saxlanılır.