sedanews.az
sedanews.az

Avqustun 10-dan yenidən qapanmalar başlayır? - Deputat

23-07-2021, 12:02 463 dəfə baxılıb

Avqustun 10-dan yenidən qapanmalar başlayır? - Deputat

Koronavirusa yoluxma sayı artdıqca və insanların həyatına təhlükə yarandıqca, müəyyən məhdudiyyətlərin tətbiqi qaçılmaz hala gəlir.
Bunu ARB-24-ün "Gündəm" verilişində avqustun 10-dan sonra məhdudiyyətlərin tətbiq edilməsi iddiasına cavab verən həkim, deputat Müşfiq Məmmədli deyib. O bildirib ki, vətəndaşlar qaydalara əməl edərsə, bu tədbirlərin tətbiqinə ehtiyac qalmayacaq:
“Məhdudiyyətlərin tətbiq olunması dövlət strukturları üçün əlavə gücün sərf olunmasına, administrativ resursların buraya cəlbinə və iqtisadiyyatda müəyyən problemlərin ortaya çıxmasına səbəb olan prosesdir. Heç bir dövlət qurumu məhdudiyyətlərin tərəfdarı deyil. Qaydalara vətəndaşlar tərəfindən əməl edilərsə, məhdudiyyət tətbiq etmədən də xəstəliyin öhdəsindən gəlmək olar. Hazırda yoluxmanın aşağı düşməsi səbəbi vaksinasiya, havaların isinməsi və ulturabənövşəyi şüaların aktivliyi ilə əlaqədardır. Lakin biz bundan arxayın olsaq, böyük risklərlə qarşı-qarşıya olarıq. Düzdür, toylarda qoruma tədbirlərini maksimal şəkildə təmin etmək çətindir. İndiki situasiyaya diqqətə yetirsək, yoluxma sayının artması ehtimalı çox yüksəlir. Yoluxma sayı artdıqda isə qoruma tədbirlərini administrativ metodlarla tənzimləmə ehtimalımız artır. Vaksinasiyada sürətli iştirak bizim sonrakı məhdudlaşdırıcı tədbirlərimizin olmaması deməkdir. Ümid edirəm ki, insanlarımız da bu prosesdə yaxından iştirak edərək, yoluxma sayının bu aralıqda qalmasını təmin edəcəklər. Bundan sonra isə administrativ tədbirlərə ehtiyac olmayacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA