sedanews.az
sedanews.az

Vaksinasiyanın əhəmiyyəti və Azərbaycanın vaksinasiya strategiyası

16-10-2021, 14:27 364 dəfə baxılıb

Vaksinasiyanın əhəmiyyəti və Azərbaycanın vaksinasiya strategiyası



COVID-19 xəstəliyi yeni SARS-CoV-2 virusu tərəfindən törədilən yoluxucu xəstəlikdir.Digər koronavirus mənşəli (SARS və MERS) xəstəliklərdən fərqli olaraq yüksək yoluxuculuq qabiliyyətinə malik olan və atipik pnevmoniya ilə müşahidə olunan bu xəstəlik 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlamış və bütün dünyanı əhatə etmişdir.
Pandemiyanın davam etməsini, COVID-19 xəstəliyinin insanların sağlamlığı üçün təhlükəli olmasını, qlobal səhiyyə sistemi qarşısında mühüm həyati vacib məsələlərin həll edilməli olduğunu nəzərə alaraq ÜST tərəfindən dünyada bu xəstəliyə qarşı mübarizədə güclü təsiredici imkana malik vaksinlərə ehtiyacın olması bəyan edilmişdir.Vaksinasiya nəticəsində SARS-CoV-2 virusunun ötürülmə zəncirinin pozulması insanlar arasında xəstələnmə hallarının kəskin azalmasına və mövcud xəstəliyin səhiyyə sisteminə mənfi təsirinin aradan qaldırılmasına səbəb olacağı gözləniləndir.
Müasir dövürdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadi cəhətdən ən əlverişli üsul vaksinasiyadır və əsas prinsipini müəyyən infeksion törədiciyə qarşı spesifik immun cavabın yaranması təşkil edir.Vaksinlər icad olunana qədər dünyamız indikindən çox təhlükəli idi. Taun, vəba, vərəm, qızılça, qrip və s. kimi milyonlarla insanın həyatına son qoyan epidemiyalar və pandemiyalar vaksinasiya sayəsində ləğv olundu və bir çox insanın həyatı xilas oldu.
Adətən vaksinlər insanın immun sistemini antigenin zərərsiz surətləri ilə təchiz edir və cavab olaraq insanın immun sistemi onu “yad” kimi qəbul edir.Antigen immune sistemi ilə aşkar ediləndə orqanizmdə antitel adlanan xüsusi maddələr əmələ gəlməyə başlayır.Beləliklə çox miqdarda yaranan antitellər nəticədə virus və ya bakteriyanın fəallığını təcrid edərək xəstəliyin qarşısını alır.İmmun sistemi infeksiyaları “yadda saxlamaq” qabiliyyətinə malikdir.Belə ki, o müəyyənbakteriya və virusun təsiri zamanı bu xəstəliklərə qarşı immuniteti illərlə, hətta insanın bütüb həyatı boyu qoruyub saxlayaraq sonradan gələn infeksiyaya tez qalib gəlməyə hazır olur.
Başqa sözlə, vaksinasiyanın əhəmiyyəti infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaqdır.Vaksinasiyanın tətbiq edilmədiyi günlərdə yoluxma və ölüm sayı ilə hazırki vəziyyətin müqayisəli təhlili göstərir ki, hazırda ölüm göstəricisi olduqca aşağıdır.Xəstəliyin qarşısını almaq xəstə insanı müalicə etməkdən yaxşıdır.
Qeyd etmək istərdim ki, Respublikada immunoprofilaktika sahəsində dövlət siyasəti yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınmasına yönəldilmişdir.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-dən etibarən əhalı arasında peyvləndləmə işi başlanıb. İlk olaraq səhiyyə işçilərinin peyvəndə cəlb olunub və rayon ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin 80%-dən yuxarı tibb işçisi vaksinasiya olunub. 08 fevral tarixindən mərhələli şəkildə bütün yaş qruplarından olan böyuk yaş əhalinin vaksinasiyasına başlanılıb və proses uğurla davam etdirilir
Suraxanı rayon ərazisində COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər
görülüb.MPM-in nəzdində yaradılmış vaksinasiya məntəqələrində qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları yaradılıb.Bütün otaqlar zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib.
Prosesin nizamlı təşkil olunması məqsədilə peyvəndləmənin ilk dozasını alacaq vətəndaşlar randevu.its.gov.az internet ünvanına daxil olub qeydiyyatdan keçməklə ən yaxın tibb məntəqəsini seçərək vaksinasiya olunmaq üçün təyin olunmuş tarixdə məntəqəyə yaxınlaşırlar. Eyni zamanda əhali üçün vaksinasiya xidmətinin daha əlçatan olması üçün cari ilin iyul ayında rayonun bütün yaşayış məntəqələrində əlavə olaraq səyyar peyvənd məntəqələr təşkil olunmuşdur.
Əhalinin vaxtında vaksinasiya olunması məqsədilə Suraxanı rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən “soyuq zəncir” sisteminin tələblərinə uyğun qaydada bütün tibb müəssisələrinin COVİD -19 xəstəliyinə qarşı vaksin və digər peyvənd materialları ilə fasiləsiz olaraq təchizatı təmin olunur.
Rayon ərazisində fəaliyyət göstərən müxtəlif strukturların (Suraxanı RİH-nin Qəsəbə Nümayəndəlikləri, Bələdiyyələr ,MPM-lər, və s. ) əməkdaşları tərəfindən əhalinin COVİD-19 xəstəliyinə qarşı aktiv vaksinasiyaya cəlb olunması məqsədilə rayon əhalisi arasında maarifləndirmə işi aparılır.
Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da gücləndirilməsi və əhalinin sağlamlığının qorunması məqsədi ilə mütəmadi olaraq Suraxanı rayonunda genişmiqyaslı dezinfeksiya işləri aparılır.
Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyanın hər iki mərhələsində iştirak etmiş vətəndaşlar qorunmuş olur.Lakin peyvəndləmədən müəyyən qədər vaxt keçdikdən sonra koronavirusa qarşı yaranmış anticisimlərin azaldığını müşahidə edirik.Anticisimlərin miqdarı azaldıqca orqanizmin müvafiq törədiciyə qarşı müqaviməti zəifləyir və infeksiyaya yoluxma ehtimalı artır.Buster doza ilə peyvəndləmək də məhz bunun üçün vacibdir.Müxtəlif ölkələrdə aparılmış araşdırmalar sübut edib ki, qüvvətləndirici peyvənd vurdurmuş şəxslərdə COVID-19-a qarşı immunitet güclənir. Nəticədə qoruma çətirinin daha da möhkəmləndirilməsi və vətəndaşların həmin törədiciyə qarşı immunitetinin artması yoluxma ehtimalını azaldır və ağırlaşmanın daha az müşahidə edilməsinə səbəb olur.Xüsusən də yaşlı əhali qrupu və tibb işçiləri üçün buster dozanın tətbiqi çox vacibdir.Ona görə də dünya ölkələrində buster dozanın alınması sürətlənir və digər əhali qruplarını da əhatə edir.Bu, həmçinin ona görə vacibdir ki, koronavirus əleyhinə peyvənd vurduran şəxslərdə yüngül yoluxma halı, yalnız gündəlik klinika müşahidə edilir.Risk qrupuna daxil olan bütün vətəndaşları qüvvətləndirici doza peyvənd vurdurmağa çağırıram.
Suraxanı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Züleyxa Səmədova






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA