İstifadəsinə icazə verilən və verilməyən çimərliklər açıqlanıb
Vətəndaşlar Xəzər, Sabunçu və Binəqədi rayonları ərazisindəki çimərliklərdən istifadə edə bilərlər.“Report” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.
Onun sözlərinə görə, nəticələrə əsəasən, Sahil, Şıx, Hövsan və Türkan çimərliyində çimmək məqsədə uyğun sayılımır: “Çünki bu ərazilərdə külli miqdarda bakteriya aşkarlanıb".