Sizin reklam burada728x90
Son dəqiqə:
» » Azərbaycan vətəndaşları 70 ölkəyə vizasız gedə bilər

Azərbaycan vətəndaşları 70 ölkəyə vizasız gedə bilər

10.01.2023, 15:28 Sosial Çap et


Azərbaycan “Henley & Partners Visa Restrictions Index”də 76-cı yerdə qərarlaşıb və ölkə vətəndaşları dünyanın 70 ölkəsinə vizasız gedə bilərlər.
  Sedanews.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə qurumun 2023-cü ilin birinci rübünə dair hesabatında bildirilib.
Məlumata görə, bu, ötən illə müqayisədə bir ölkə çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan bu reytinqdə 78-ci yerdə qərarlaşmışdı.
Reytinqdə ilk sıranı 193 ölkəyə vizasız getmək hüququ verən Yaponiya pasportu tutur. Sonrakı yerlərdə Sinqapur və Cənubi Koreya (192) qərarlaşıb.