Azərbaycanın vizasız rejim tətbiq etdiyi ölkələr – SİYAHI

Azərbaycan 2026-cı ildə bir sıra ölkələrin vətəndaşları üçün vizasız gediş-gəliş rejimi tətbiq edib.
Modern.az xəbər verir ki, XİN-dən əldə etdiyimiz məlumata əsasən, 2026-cı ildə Azərbaycan tərəfindən 9 ölkə və ərazi üzrə ümumvətəndaş pasport sahibləri üçün birtərəfli qaydada vizasız rejim tətbiq edilir.
Belə ki, Çinin Honkonq və Makao Xüsusi İnzibati Regionlarının ümumvətəndaş pasportlarına malik vətəndaşları 2 fevral 2026-cı ildən 2 fevral 2027-ci ilədək Azərbaycana 3 dəfə vizasız daxil ola və hər giriş zamanı 30 günədək qala bilərlər.
Səudiyyə Ərəbistanı, Oman, Bəhreyn və Küveyt vətəndaşları üçün vizasız rejim 15 fevral 2026-cı ildən 15 fevral 2027-ci ilədək qüvvədədir. Bu ölkələrin vətəndaşları Azərbaycana həmin müddət ərzində 3 dəfə vizasız daxil ola və hər girişdə 30 günədək qala bilərlər.
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün vizasız rejim 1 iyul 2026-cı ildən 1 iyul 2027-ci ilədək tətbiq olunur. Onlar da Azərbaycana 3 dəfə vizasız daxil olmaq və hər girişdə 30 günədək qalmaq hüququna malikdirlər.
Bosniya və Herseqovina və Sinqapur vətəndaşları üçün isə vizasız rejim 1 avqust 2026-cı ildən 1 avqust 2027-ci ilədək qüvvədə olacaq. Bu ölkələrin vətəndaşları Azərbaycana 3 dəfə vizasız daxil ola və hər səfərdə 30 günədək qala bilərlər.
Beləliklə, XİN-in hazırkı məlumatına görə, 2026-cı ildə Azərbaycan tərəfindən yeni vizasız rejim tətbiq edilən istiqamətlər bunlardır:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: