sedanews.az
sedanews.az

İsmayıllıda meliorativ tədbirlər davam edir - VİDEO

27-03-2023, 13:42 244 dəfə baxılıb

  Suvarma kanalları və çay məcralarında təmizləmə işləri görülüb
İsmayıllı rayonununda yaz-yay suvarma mövsümü üçün hazırlıqlar yekunlaşmaq üzrədir. Bu məqsədlə İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən idarənin balansında olan suvarma kanalları lildən təmizlənir, su itkisinin qarşısını almaq məqsədilə kanallar beton üzlüyə alınır, hidrotexniki qurğular, hidrometrik postlar və subartezian quyuları cari təmir olunur. 2022-ci ildə İsmayıllı rayonu ərazisində suvarma kanalları 403 min m³ lildən təmizlənib. Çay məcralarında isə 581 min m³ təmizləmə işləri aparılıb. 2023-cü ilin əvvəlindən bu vaxta qədər suvarma kanallarında 32 min m³ lildən təmizləmə, 60 min m³ çay məcralarında təmizləmə işləri görülüb.
  İdarə tərəfindən 2022-ci ildə 38 ədəd hidrotexniki qurğu, 11 ədəd hidrometrik post, 35 ədəd  subartezian quyusu cari-təmir olunub və Aşağı-Zərnava kəndində bir ədəd subartezian quyusu əsaslı təmir olunub. Rayon ərazisində yerləşən çayların sululuq səviyyəsi ötən illərə nisbətən xeyli aşağı düşüb. Bununla əlaqədar olaraq su itkisinin qarşısının alınması məqsədilə Qəzli-Aşıqbayramlı suvarma kanalı 425 paqonometr beton üzlüyə alınıb. 2023-cü ildə rayonun Hacıhətəmli, Qalagah, Mücəftəran, Tinglik, Diyallı və Qubaxəlilli kəndlərində yeni subartezian quyularının qazılması nəzərdə tutulur.

Qeyd edək ki, İsmayıllı Suvarma Sistemləri İdarəsi İsmayıllı rayonunda 8833 hektar suvarılan əkin sahəsinə xidmət edir.
REAL







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA