Sizin reklam burada728x90
Son dəqiqə:
» » DSMF sədri: “Özəl pensiya fondlarının yaradılması istiqamətində işlər davam edir”

DSMF sədri: “Özəl pensiya fondlarının yaradılması istiqamətində işlər davam edir”

27.07.2023, 12:28 Sosial Çap et

  "Özəl pensiya fondlarının yaradılması istiqamətində görülən işlər davam edir".
REAL xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.
  DSMF sədri bildirib ki, bu sahədə investisiyalar uzun müddətli hesablandığından bu məsələ həssas mövzudur: "Ona görə də bu sahədə müvafiq bazada tənzimlənmə aparılmalıdır. Qanunvericilik aktları təkmilləşdirilir və aidiyyəti qurumlarla razılaşdırma prosesi gedir. Yekunda müvafiq sənədlər Milli Məclisə göndəriləcək".