sedanews.az
sedanews.az

Azərbaycana 20 sm qar yağdı

25-05-2022, 10:57 329 dəfə baxılıb



    Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, mayın 25-i saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağıb.
Qar örtüyünün hündürlüyü Xınalıqda 20 sm, Qrızda 14 sm olub.
    Düşən yağıntının miqdarı Oğuzda 62 mm (aylıq normanın 59%-i), Qəbələdə 59 mm(aylıq normanın 49%-i), Qrızda 35.0 mm (aylıq normanın 41%-i), Xınalıqda 32.0 mm (aylıq normanın 58 %-i), Altıağacda 31.0 mm (aylıq normanın 43%-i), Xaltanda 29.0 mm (aylıq normanın 34%-i), Bərdədə 28.0 mm (aylıq normanın 54%-i), Göygöldə 28.0 mm (aylıq normanın 24%-i), Zaqatalada 25 mm, Tərtərdə 23.0 mm (aylıq normanın 44%-i), Cəfərxanda 23.0 mm (aylıq normanın 70%-i), Qusarda 22.0 mm (aylıq normanın 40%-i), Yevlaxda 20.0 mm (aylıq normanın 50%-i), Balakəndə 20.0 mm, Sabirabada 19.0 mm (aylıq normanın 57%-i), Zərdabda 18.0 mm (aylıq normanın 49%-i), Qubada 18.0 mm (aylıq normanın 33%-i), Şəkidə 17.0 mm, Beyləqanda 16.0 mm (aylıq normanın 42 %-i), Şirvan, Qobustan, Tovuz, Ləzə, Kürdəmirdə 15.0 mm (aylıq normanın 39%-i), Daşkəsənda 15.0 mm, Mingəçevirdə 14.0 (aylıq normanın 31%-i), Sarıbaşda (Qax) 14.0 mm, Gədəbəy, Goyçayda 13.0 mm, İmişlidə 12.0 mm (aylıq normanın 36%-i), Salyanda 12.0 mm (aylıq normanın 45%-i), Lerik, Neftçalada 12.0 (aylıq normanın 46%-i), Naftalanda 12.0 mm, Yardımlı, Şahbuzda 11.0 mm, Ağdamda 10.0 mm, Naxçıvan, Gəncə, Kişçayda (Şəki) 9.0 mm, Şəmkir, Ağdərədə (Ordubad) 8.0 mm, Ağstafa, Hacıqabulda 5.0 mm, Şabran, Şərurda 4.0 mm, Astara, Culfada 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Binə, Bakıda 3.0 mm, Sumqayıt, Maştağa, Pirallahıda 2.0 mm-dək olub.
    Mayın 24-də şimal-qərb küləyi arabir Gəncədə 24 m/s, Naftalanda 21 m/s, Şərur, Naxçıvanda 15 m/s, Bakıda və Abşeron yarımadasında Bakıda 24 m/s, Binə, Sumqayıtda 21 m/s, Pirallahıda 17 m/s, Neft Daşlarında 16 m/s-dək güclənib.
    Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə çatıb.
    Havanın temperaturu: mayın 24-də Bakıda iqlim normasından 2.0° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 14°-dək isti, Naxçıvan MR-da 8-12° isti, dağlıq rayonlarda 0-5° isti, aran rayonlarında 12-14° isti olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA