Sizin reklam burada728x90
Son dəqiqə:
» » Bakıda 7 avtobus marşrutunun hərəkət istiqaməti müvəqqəti dəyişdirildi

Bakıda 7 avtobus marşrutunun hərəkət istiqaməti müvəqqəti dəyişdirildi

26.07.2024, 10:19 Sosial Çap et

 

  Bakıda 7 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdirilib.
  Bu gündən Bakının Xətai rayonunun Gəncə prospektində (Sadıqcan dairəsi adlanan hissədən Zığ şosesinə qədər) aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
  Bu barədə Sedanews.az  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
  "Tətbiq edilən məhdudiyyətlə əlaqədar 21, 43, 44, 60, 121E, 132 və 183 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ceyhun Həsənov küçəsi, Cavanşir küçəsi, Ramiz Quliyev küçəsi, 8 Noyabr prospekti ilə təşkil edilib", - deyə məlumatda qeyd olunub.