KİV: Tramp Müctəba Xameneinin öldürülməsini dəstəkləyə biləcəyini bildirib
ABŞ Prezidenti Donald Tramp İranın yeni ali lideri Seyid Müctəba Hüseyni Xameneinin öldürülməsini dəstəkləyə biləcəyini bildirib.
Sedanews.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp köməkçilərinə bildirib ki, əgər İranın ali lideri ABŞ-nin tələblərini, o cümlədən ölkənin nüvə silahı proqramından imtina etməsini qəbul etməzsə, onun öldürülməsini dəstəkləyə bilər.
Məlumatda qeyd olunur ki, məsələ ilə bağlı Ağ ev rəsmi şərh verməkdən imtina edib.
Bundan əvvəl RT-nin Tehran bürosunun rəhbəri Hami Hamedi paytaxtda minlərlə insanın Müctəba Xameneiyə dəstək göstərmək üçün küçələrə çıxdığını bildirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: