Açıqlamanın verilməsinin üstündən uzun müddət keçsə də, ABŞ prezidenti Cozef Baydenin Ukraynaya uzaqmənzilli raketlərdən istifadəyə dair yaşıl işıq yandırmasından sonra yenidən gündəmə gəlib. Xüsusilə, Rusiya prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı sərəncam imzalaması son günlərin müzakirə mövzusuna çevrilib. Belə ki, Putinin imzaladığı fərmana əsasən, nüvə silahının istifadəsini müəyyən edən şərtlərə bəzi yeniliklər edilib. Rusiya ərazisinə ballistik raket hücumu həyata keçirərsə, Rusiyaya nüvə cavabı verməyə icazə verilir və pilotsuz uçuş aparatları və ya döyüş təyyarələri ilə edilən hücumlar da bu əhatəyə daxil edilir.
Britaniya nəşri iddia edir ki, ABŞ Ukraynaya gizli şəkildə nüvə silahı ötürə bilər. Son günlərdə baş verən gərginliklər də iddiaları gücləndirir. Lakin, Donald Trampın yanvardan etibarən hakimiyyətə gələcəyini nəzərə alsaq belə bir iddia həqiqətə uyğun deyil. Əksinə, ümidlər onun münaqişəni yatırtması yönündədir.
Bəs nüvə silahından istifadə riski nə qədərdir?
Nüvə silahlarının destruktiv gücünü nümayiş etdirən hadisələr göstərir ki, müasir dövrdə onların nəzarət altında saxlanılmasının vacibdir. Kütləvi qırğın üçün istifadə edilən nüvə silahı nəhəng partlayış gücü və təsir sahəsi yaradır. Nüvə silahlarının yaratdığı enerji həm güclü partlayış, həm də istilik və radiasiya ilə müşayiət olunur, bu da uzunmüddətli ekoloji və insan sağlamlığına mənfi təsirlər yaradır.
İlk dəfə nüvə silahı İkinci Dünya Müharibəsi zamanı ABŞ tərəfindən Yaponiyanın iki şəhərinə atılıb. 6 avqust 1945-ci ildə uran əsaslı bomba Xirosimaya, 3 gün sonra isə Naqasaki şəhərinə atılıb. Bu hücumlar nəticəsində on minlərlə insan ölüb, yüz minlərlə insan isə radiasiyanın təsiri ilə ağır yaralanıb. Bu silahdan istifadənin təsiri hələ də müəyyən qədər qalmaqdadır.
Nüvə silahından istifadə səlahiyyəti hər bir ölkənin öz qanunvericiliyi və idarəetmə strukturlarına uyğun olaraq müəyyənləşdirilir. Məsələn, ABŞ-də nüvə silahlarının istifadəsi barədə qərarı yalnız prezident verə bilər. Prezidentin bu qərarını təsdiq etməsi üçün digər dövlət qurumlarının razılığı tələb olunmur, lakin qərarın icrası hərbi komandanlıq vasitəsilə həyata keçirilir. Rusiyada da nüvə silahlarının istifadəsi ilə bağlı səlahiyyət prezidentin əlindədir və qərar "nüvə çantası" adlanan xüsusi sistem vasitəsilə icra olunur. Çin, Böyük Britaniya, Fransa kimi digər nüvə dövlətlərində də bu qərar adətən dövlətin ali rəhbəri və ya hökumət başçısına məxsusdur. Şimali Koreyada nüvə silahlarından istifadə səlahiyyəti ölkənin ali lideri Kim Çen Ina məxsusdur, bu qərar yalnız onun şəxsi ixtiyarındadır.
Nüvə silahlarından istifadə qlobal miqyasda fəlakətə səbəb ola biləcəyindən bu səlahiyyət ciddi prosedurlar və təhlükəsizlik mexanizmləri ilə tənzimlənir. Həmçinin, beynəlxalq hüquq və müqavilələr nüvə silahlarının istifadəsini məhdudlaşdırmağa çalışır. Məsələn, BMT-nin qətnamələri və nüvəsizləşdirmə sazişi (NPT) bu sahədə mühüm rol oynayır.
Nüvə silahından istifadə riskini tam dəqiqliklə demək mümkün olmasa da, ümumilikdə, mütəxəssislər nüvə silahlarından genişmiqyaslı istifadə ehtimalını aşağı hesab edirlər, çünki belə bir hadisə hər iki tərəf üçün məhv deməkdir. Bununla yanaşı, beynəlxalq təşkilatların fəaliyyəti, nüvə silahlarının yayılmaması barədə müqavilələr və diplomatik səylər bu riskin azaldılması üçün mühüm əhəmiyyət daşıyır.
Üçüncü dünya müharibəsi başlasa necə olacaq?
Skandinaviya ölkələrində III dünya müharibəsi riski ilə bağlı hazırlıqlar başlanıb. Onlar potensial Üçüncü Dünya Müharibəsi təhlükəsi ilə bağlı xəbərdarlıq verərək vətəndaşlarına ağır döyüş vəziyyətində sağ qalmaq üçün təlimatlar təqdim ediblər.
Hazırda dünya gücləri arasında silahlanma yarışı, nüvə təhlükəsi və geosiyasi gərginliklər belə III dünya müharibəsi riskini artırsa da, qarşılıqlı məhvetmə qorxusu vəziyyəti dəyişir. Dövlətlər daha çox diplomatik yollarla problemləri həll etməyə çalışırlar. Lakin, belə bir müharibə başlasa, Ukraynanın onsuz da taqətdən saldığı Rusiya bu müharibədən məğlub tərəf kimi çıxa bilər. 110 il əvvəl Birinci Dünya müharibəsinə başlayan Rusiyanın illər öncə eyni səhvi təkrarlaması bu ölkənin dağılmasını sürətləndirə bilər. Əgər nüvə silahları işə düşsə, bu nəinki, Rusiya və ya ABŞ, birbaşa bəşəriyyət üçün təhlükədir. (Milli.Az )


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Rusiya nüvə silahını işə salır? - Putin sərəncam imzaladı
Rusiyadan Qərbə sərt xəbərdarlıq
Çin ABŞ-nin nüvə strategiya hesabatından ciddi narahatdır
Ukraynaya taktiki nüvə silahları verilib - Şok iddia
ABŞ admiralı Rusiya və Çinlə nüvə müharibəsi ehtimalından danışdı
Əvəz Zeynallı kimdir və onun haqqında həqiqətlər
Hövsanda sakinlərin sualı: Bələdiyyə haradadır?
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
13 yaşadək uşaqlara sosial şəbəkə qadağan olunacaq
Emin Əmrullayev ibtidai təhsildən danışdı
Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır - RƏSMİ
Bu ilin yeddi ayında Azərbaycanda 1 696 əkiz, 60 üçəm doğulub
Azərbaycan əhalisi 10,2 milyonu keçdi
Türk dünyasının təhlükəsizlik rəhbərləri Bakıda toplandı
Yatarkən daha çox kalori yandırmağın sirri açıqlandı
Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
“Şərikli çörək” filminin ssenaristi vəfat edib
Bir sıra ərazilərdə işıq olmayacaq
“Brent” neftin qiyməti 105 dollara düşdü
Bakıda bəzi yollarda sıxlıq yaranıb - SİYAHI
Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanı qarşılayıb, təkbətək görüş olub
Ərdoğan Azərbaycanı təbrik edib
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib (FOTO/VİDEO)
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib (FOTO/VİDEO)
Sabah 35 dərəcə isti olacaq
Daha 220 keçmiş məcburi köçkün vətəninə qayıdır
Bakının bəzi ərazilərində qaz olmayacaq
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Azərbaycanda Bilik Günüdür
Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verildi
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək
Ceyhun Bayramov Aİ rəsmisi ilə görüşdü - sülhü müzakirə etdi
Muxtar Babayev: 2030-cu ilə qədər elektrik enerjisinə investisiyalar 600 milyard dollara çatmalıdır
Avqustda qiyməti artan mal və xidmətlərin adları açıqlandı - FOTO
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı təsdiqlənib
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Minlərlə azərbaycanlı “qara siyahı”ya düşdü - ölkəyə buraxılmayacaqlar
Şəkidə istirahət mərkəzində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Leyla Əliyeva və Arzu Əliyeva Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak ediblər
Nazirlər Kabinetindən ADSEA ilə bağlı QƏRAR
Prezident və birinci xanım Şarovskinin vida mərasiminə əkil göndəriblər
Bağçalara növbəyə yazılma başlayır
Bağçalara növbəyə yazılma başlayır
Qızıl və gümüş ucuzlaşıb
Yol polisi sürücülərə müraciət etdi
Azərbaycan nefti bir gündə 87 sent bahalaşdı
Samuxda qarayara yayılır? - Nazirlikdən AÇIQLAMA
Azərbaycanda 1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ
Bakıda motosikletli təcili yardım: TƏBİB sayını açıqladı
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Bu gün UFC Fight Night Baku keçiriləcək
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Dünya xəritəsi yeniləndi – Ölkələrin ölçüləri dəyişib
Şimali Kiprdə matəm elan edildi
Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb