Rusiya prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasını təsdiqləyib.
Milli.Az xəbər verir ki, Putin bununla bağlı sərəncam imzalayıb.
Putinin imzaladığı fərmana əsasən, nüvə silahının istifadəsini müəyyən edən şərtlərə bəzi yeniliklər edilib.Yeni doktrinada bir ölkə başqa bir nüvə silahına malik ölkənin dəstəyi ilə Rusiya ərazisinə ballistik raket hücumu həyata keçirərsə, Rusiyaya nüvə cavabı verməyə icazə verilir və pilotsuz uçuş aparatları və ya döyüş təyyarələri ilə edilən hücumlar da bu əhatəyə daxil edilir.