Sizin reklam burada728x90
Son dəqiqə:
» » Ötən il dünyada 128 jurnalist qətlə yetirilib

Ötən il dünyada 128 jurnalist qətlə yetirilib

02.01.2026, 11:16 Gündəm Çap et
  2025-ci ildə 10-u qadın olmaqla 128 jurnalist və media işçisi öldürülüb. Siyahıya qəzalar nəticəsində 9 nəfərin ölümü daxildir.
Teleqraf xəbər verir ki,
bu barədə Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) məlumat yayıb.
  Yaxın Şərq və ərəb dünyası 2025-ci ildə öldürülən jurnalistlərin sayına görə rekorda imza atıb – 74 nəfər.
Asiya-Sakit okean regionunda 15, Avropada 10, Afrikada 9, ABŞ-də 11 jurnalist qətlə yetirilib.