Su tükənirsə, həyat da tükənir: Planetimizin su qıtlığına doğru sürətli yürüşü
![]()
Son zamanlar dünyanın müxtəlif bölgələrində, o cümlədən Azərbaycanda və Xəzər dənizi hövzəsində müşahidə olunan su səviyyəsinin azalması ciddi narahatlıq doğurur. Alimlərin və ekoloqların xəbərdarlıqlarına əsasən, su qıtlığı təkcə lokal yox, qlobal miqyasda təhlükə mənbəyidir. Bu problemin səbəbləri çoxşaxəlidir və əsasən insan fəaliyyəti ilə birbaşa bağlıdır.
"Qeyd edək ki, 12 yanvar 2026-cı il tarixində Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üzrə Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib. Bu da dövlət səviyyəsində su resurslarının qorunması və effektiv idarə olunmasının nə qədər prioritet məsələ olduğunu bir daha göstərir.
Su Qıtlığının Başlıca Səbəbləri: İqlim dəyişiklikləri – qlobal istiləşmə nəticəsində yağıntıların miqdarı azalır, buxarlanma artır,
sənaye və kənd təsərrüfatında suyun israfı – səmərəsiz suvarma sistemləri, meşələrin qırılması – torpağın su saxlama qabiliyyəti azalır, şəhərsalma və əhali artımı – tələbat artdıqca su mənbələrinə düşən yük də artır.
Xəzərin son illərdə 2 metrə yaxın geri çəkilməsi bu tendensiyanın regionumuzda da təsdiqidir. Alimlər bildirirlər ki, Volqa çayından gələn suyun azalması, buxarlanmanın artması və dəniz yatağının geoloji dəyişiklikləri bu prosesi sürətləndirir. Bu hal davam edərsə, ekosistemlərin məhv olması, balıqçılıq təsərrüfatına və bölgə iqliminə ciddi təsir gözlənilir.
Bu qlobal problemin həlli yolları nədi?
Müntəzəm olaraq suyun qənaətli istifadəsi və maarifləndirmə kampaniyalar ıkeçirilməlidir, səmərəli suvarma texnologiyalarının tətbiq olunmalıdır, yaşıllıqların artırılması və meşə bərpası istiqamətində işlər davamlı şəkildə olmalıdır, tullantı suların təmizlənərək yenidən istifadəsini tətbiq edilməlidir, beynəlxalq əməkdaşlıq və regional su strategiyalarının hazırlanmasıdır.
Unutmayaq ki, su həyat mənbəyidir. Əgər bu mənbə tükənərsə, bütün canlıların həyatı təhlükə altına düşər. Gələcək nəsillərin suya çıxışı üçün bu gün hərəkətə keçmək labüddür. Su yalnız təbii resurs deyil, həm də strateji sərvətdir. Onu qorumaq, gələcəyimizi qorumaq deməkdir.
Sedanews.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: