"Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq".
Milli.Az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında deyib.
Bəs, həmin kollektorlar hansı ərazilərdə quraşdırılacaq?
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda tullantı su təchizatı xidməti göstərilən əhali cəmi 50 faiz təşkil edir. Bakı şəhəri və Abşeron rayonunun müəyyən ərazilərində Xidmətin mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Eyni zamanda, Bakı şəhərində mövcud su təchizatı və kanalizasiya sistemlərinin böyük əksəriyyəti 1980-ci illərin sonunadək layihələndirilib və həmin dövrdən bu günədək yaşayış məntəqələrinin ərazisi 2,6 dəfə, əhalinin sayı isə 2,1 dəfə artıb.
Qeyd olunub ki, əsas magistral xətlərin istismar müddəti başa çatıb, mövcud nəzarət və idarəetmə sistemləri isə müasir standartlara cavab vermir:
"Nəzərə alsaq ki, bu xətlərin istismar müddəti orta hesabla 40-50 il təşkil edir, hazırda onların əksəriyyətinin istismar müddəti artıq başa çatıb. Bundan əlavə, bir çox yağış suyu kollektorlarının kanalizasiya xətlərinə qoşulması sistemlərdə əlavə yüklənmələr yaradır ki, bu da xüsusilə intensiv yağıntılar zamanı subasma hallarının artmasına səbəb olur".
Nəzərə çatdırılıb ki, mövcud problemlərin kompleks şəkildə həlli məqsədilə 12 yanvar 2026-cı il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramı təsdiq edilib. Proqram çərçivəsində su mənbələrinin dayanıqlığının təmin edilməsi, suyun mənbədən götürülməsi, emalı, nəqli, saxlanılması və paylanması proseslərinin optimallaşdırılması nəzərdə tutulur.
Bununla yanaşı vurğulanıb ki, əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi, paylayıcı şəbəkələrdə itkilərin minimuma endirilməsi, su uçotunun tam və müasir tələblərə uyğun şəkildə qurulması, yağış və tullantı suları sistemlərinin yenilənməsi və infrastruktur təminatı, eləcə də yağıntılar zamanı təchizat sistemi olmayan ərazilərdə subasma hallarının qarşısının alınması proqramın əsas hədəflərini təşkil edir:
"Dövlət Proqramının icrası hazırda yağıntılar zamanı subasma halları müşahidə olunan Zabrat, Buzovna, Suraxanı və digər yaşayış məntəqələrində kanalizasiya və yağış suları infrastrukturunun mərhələli şəkildə qurulmasına, yenilənməsinə, yeni kollektorların və nasos stansiyalarının tikintisinə, mövcud xətlərin buraxılış qabiliyyətinin artırılmasına imkan yaradacaq. Nəticədə bu ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılması, əhalinin həyat və məişət şəraitinin yüksəldilməsi, həmçinin dayanıqlı və təhlükəsiz su təsərrüfatı sisteminin formalaşdırılması təmin ediləcək".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - VİDEO - FOTO
İlham Əliyev 3 fərman imzaladı
Prezident 3 fərman imzaladı
Prezident Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv sərəncamı imzalayıb
Prezident müşavirə keçirdi - VİDEO - FOTO
Əvəz Zeynallı kimdir və onun haqqında həqiqətlər
Hövsanda sakinlərin sualı: Bələdiyyə haradadır?
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı uzadıldı
Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb
Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçilib
Azərbaycanda nikah və boşanmaların sayı azalıb
Bu ilin səkkiz ayında Azərbaycanda 1902 əkiz, 69 üçəm doğulub
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
Qazaxıstan, Tacikistan, Qırğızıstan prezidentləri İrəvana gediblər
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb, 12 məsələ müzakirə ediləcək
Hesablama Palatasının strukturu dəyişir
Bir Şəhid Anasın illərdir qəlbində yaşatdığı arzu
Azərbaycan və Çin XİN rəhbərləri görüşüb
Mətbuat Şurasının IX qurultayı keçirilir
Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır - Prezident
Prezident İlham Əliyev Bakıda AQEM-in 7-ci Zirvə Toplantısının iştirakçılarını qarşılayır (FOTO)
Azərbaycan nefti ucuzlaşıb
Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü
Türkmənistan Prezidenti Azərbaycana gəlib
Həkimdən xəbərdarlıq: Bu qidalar insult riskini artırır
Mərkəzi Bankdan yeni qərar: Ödəniş haqları aşağı salınır
Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib
Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət etdi
Ordumuzun ilk qadın snayperi vəfat etdi
Hicab, Zəngəzur, İran - hadisələrin kəsişdiyi NÖQTƏ
Azərbaycanın 100-dən çox dövlət saytı kiberhücuma məruz qaldı
Azərbaycanda tərəvəz və üzüm yığımı azalıb
YAP-dan AKP-yə sərt reaksiya: Azərbaycana qarşı siyasi təzyiq yolverilməzdir
Müəllimlərin geyimi şagirdlərə necə təsir edir?
Pensiyalar sabah ödəniləcək
Deputatlar 13 məsələni müzakirə etmək üçün toplaşdılar
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub (FOTO)
Küləklə bağlı sarı xəbərdarlıq verilib
İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - GÖRÜNTÜLƏR
102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi - FOTO
DYP sürücülərə xəbərdarlıq etdi
“Hicab məsələsini başqa istiqamətə yönəldirlər” - Komitə sədri
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub (FOTO)
Azərbaycanda bəzi dərmanların qiyməti uculaşacaq
Vüqar Qurbanovun bıçaqlanan vəzifəli qohumunun son durumu açıqlandı
1800-ə yaxın azərbaycanlı ölümündən sonra orqanlarını bağışlayacaq
Ürəyinizə yaxşı baxın
"Formula 1" üzrə Azərbaycan Qran-prisi BAŞLADI
Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Bu gün UFC Fight Night Baku keçiriləcək
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Prezidentlikdən əvvəl və sonra Nobel qazanan dövlət başçıları
Rusiyada taun təhlükəsi, qonşu ölkələr sərhədlərdə nəzarəti gücləndirdi