sedanews.az
sedanews.az

Nəşriyyat qısa müddətdə boşaldılmalıdır, təmirin bitəcəyi vaxt bəlli deyil - AÇIQLAMA

Bugün, 13:00


"Azərbaycan" Nəşriyyatının 9 mərtəbəli binasının təmirlə əlaqədar boşaldılacağı redaksiyalara və binada yerləşən digər icarədarlara daha əvvəl bildirilib. Sadəcə tarix dəqiqləşməmişdi.
  Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq "Azərbaycan Nəşriyyatı" MMC-dən məlumat verilib.
  "İndi isə konkret qərar qəbul edildikdən sonra redaksiyalar rəsmən xəbərdar edilir. Onlar ofislərdən istifadə müqavilələrinə xitam verildiyi tarixdən, 31 yanvar 2026-cı ildən etibarən tutduqları sahələri mümkün qədər qısa müddətdə boşaltmalıdır.
  Təmir müddətində redaksiyalar müvəqqəti olaraq alternativ ofislər tapmalıdır. “Azərbaycan Nəşriyyatı” öz tərəfindən bu məsələdə onlara imkan daxilində dəstək göstərməyə çalışacaq.
  Təmir müddəti görüləcək işlərin dəqiq həcmi, layihə-smeta sənədlərinin hazırlanması və maliyyələşmə prosesindən asılı olaraq müəyyən ediləcək", - deyə məlumatda qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA