Sizin reklam burada728x90
Son dəqiqə:
» » İki BOKT-un vəzifəli şəxsi cərimələndi

İki BOKT-un vəzifəli şəxsi cərimələndi

27.01.2026, 11:26 Gündəm Çap et
   Azərbaycan Mərkəzi Bankı (AMB) "Finans Kredit" və "SF Azerbaijan" MMC-lər bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.
Teleqraf bu barədə AMB-yə istinadən xəbər verir.
  Məlumata görə, aparılan cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" qanunun 22.1-ci maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması halları aşkarlanıb.
  Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq hər iki BOKT-un vəzifəli şəxsləri müvafiq olaraq 1,5 manat və 2 min manat cərimələnib.