sedanews.az
sedanews.az

44 günlük Vətən müharibəsinin xronikası: 6 noyabr

6-11-2021, 11:00 256 dəfə baxılıb

44 günlük Vətən müharibəsinin xronikası: 6 noyabr


2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Milli.Az Trend-ə istinadən Vətən müharibəsinin xronikasını təqdim edir.
- Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub.
- Düşmən Tərtərin kəndlərini atəşə tutub. Xankəndi yaxınlığında düşmənin silah-sursat anbarı partlayıb.
- Zəngilanın Əmirxanlı kəndinin videogörüntüləri yayılıb.
- Cəbhənin Qubadlı istiqamətində düşmən mövqeləri ataraq qaçıb. Düşmənin Ağdərədə yerləşən hərbi hissələri iflic vəziyyətindədir.
- Düşmənin Göyarxdakı minaatanlarının darmadağın edilməsinin videogörüntüləri yayılıb. Düşmən Tərtərin kəndlərini artilleriya atəşinə tutub.
Füzuli rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüləri yayılıb. Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərinə zərbələr endirilməsinin videogörüntüləri yayılıb.
Milli.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA