Sizin reklam burada728x90
Son dəqiqə:
» » Azərbaycan və ABŞ arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edildi

Azərbaycan və ABŞ arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edildi

27.01.2026, 10:29 Gündəm Çap et


  Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon ilə görüş keçirib.
  Sedanews.az xəbər verir ki, bu  barədə Teleqraf-a agentlikdən məlumat verilib.
Bildirilib ki, görüş zamanı ölkəmizin üzləşdiyi mina problemi və bu problemin aradan qaldırılması istiqamətində icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı barədə qonağa geniş təqdimat edilib.
   Görüşdə humanitar minatəmizləmə sahəsində gələcək əməkdaşlıq perspektivləri və ABŞ tərəfindən dəstək imkanları, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb