Xankəndidə Azərbaycan Gənclərinin XI Forumu keçirildi
Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndi şəhərində AUC2026 çərçivəsində panel sessiyalarla davam edib.
Forumun ikinci günündə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini İlqar İsbatov, BMT-nin Məskunlaşma Proqramının ölkə üzrə rəhbəri Anna Soave açılış nitqi ilə çıxış ediblər.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası 17 - 22 may tarixlərində Bakı şəhərində keçiriləcək. Foruma gedən yol çərçivəsində Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində gənclər də daxil olmaqla müxtəlif hədəf qruplarını əhatə edən tematik layihə və tədbirlərin təşkili davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: