1 İyun Beynəlxalq Uşaqlar günü.
Uşaqlar dünyanın ən saf sevgisini, ən təmiz ümidini və ən parlaq gələcəyini özlərində yaşadan dəyərli varlıqlardır.
Onların gülüşü həyatımıza sevinc, arzuları isə sabaha inam gətirir. Hər bir cəmiyyətin inkişafı, dövlətin gələcəyi və xalqın rifahı məhz uşaqların sağlam, xoşbəxt və qayğısız böyüməsindən asılıdır.
Məhz buna görə də hər il 1 İyun – Beynəlxalq Uşaq Günü bütün dünyada uşaqların hüquqlarının qorunmasına, onların rifahının təmin edilməsinə və xoşbəxt gələcəyinin qurulmasına diqqət çəkən əlamətdar gün kimi qeyd olunur.
Bu gün həm də böyüklərin uşaqlara qarşı məsuliyyətini bir daha xatırladan mühüm bir çağırışdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: