sedanews.az
sedanews.az

Bakıda itkin düşmüş şəxslər məsələsinin həllinə dair beynəlxalq konfrans keçirilir

Bugün, 12:44



    Gülüstan sarayında İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilir.
  Sedanews. Az KİV-lərə istinadən xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilir.
  Tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti rəisinin müavini, general-leytenant Şərafət Həsənov, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri Qəzənfər Əhmədov, Azərbaycan Respublikasınin xarici işlər nazirinin müavini Elnur Məmmədov, İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberqer, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-tibb baş idarəsinin rəisi Rüfət Əliyev, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev, Milli Məclisin deputatı Zahid Orucun çıxışları nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA