sedanews.az
sedanews.az

Əziz dostum, sirdaşım Əvəz Zeynallıya vida

Bugün, 15:25


         Dərin kədər və sarsıntı ilə bildirmək istəyirəm ki, ən əziz dostum, sirdaşım, Xural TV-nin baş redaktoru Əvəz Zeynallı 28 sentyabr tarixində uzun sürən xərçəng xəstəliyindən sonra haqq dünyasına qovuşdu.
Əvəz bəy sadəcə bir jurnalist deyildi. O, sözün həqiqi mənasında xalqın səsi, haqqın carçısı idi. Göyçədən didərgin düşmüş bir ailənin övladı kimi, ömrünü Vətənə, həqiqətə və azad sözə həsr etdi.
        O, bir evdən getmədi, eldən getdi. Onun yoxluğu təkcə bir ailənin deyil, bütün Azərbaycan mətbuatının, azad sözə inanan hər kəsin itkisidir.
Uzun illər dostluğumuzda ondan mərdlik, dözüm və prinsipiallıq öyrəndim. Həbsdə olarkən belə sınmadı, xəstəliklə mübarizədə belə əyilmədi.
Əziz Əvəz bəy, sən əbədi olaraq qəlbimizdə yaşayacaqsan.
Ailəsinə, övladlarına, Xural ailəsinə və bütün sevənlərinə dərin hüznlə başsağlığı verirəm.
        Allah sənə rəhmət eləsin, ruhun şad olsun, qardaşım.

              Dərin hörmətlə: Vahid Kərimov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA