sedanews.az
sedanews.az

YAP-dan AKP-yə sərt reaksiya: Azərbaycana qarşı siyasi təzyiq yolverilməzdir

Bugün, 14:57


Yeni Azərbaycan Partiyası (YAP) Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatlarının Azərbaycanla bağlı açıqlamalarına münasibət bildirib.
sedanevs.az xəbər verir ki, YAP Mətbuat xidmətinin yaydığı açıqlamada Türkiyənin bəzi media orqanlarında və sosial şəbəkələrdə Azərbaycan haqqında qərəzli, böhtan xarakterli məlumatların yayıldığı qeyd olunub.
Bildirilib ki, iki partiya arasındakı tərəfdaşlıq və Azərbaycan–Türkiyə qardaşlıq münasibətləri nəzərə alınaraq indiyədək təmkin nümayiş etdirilib. Lakin Türkiyə Prezidentinin baş müşavirinin və AKP deputatlarının da bu kampaniyaya qoşulması açıq münasibət bildirməyi zəruri edib.
YAP Azərbaycanın İsraillə münasibətlərinin təhrif olunmasını və bundan ölkəmizə qarşı siyasi ittihamlar üçün istifadə edilməsini qətiyyətlə rədd edib. Vurğulanıb ki, Azərbaycan Fələstin xalqının hüquqlarını dəstəkləyir, maliyyə və humanitar yardımlar göstərir, münaqişənin “iki dövlət” prinsipi əsasında həllinə tərəfdardır.
Açıqlamada Oktay Saral və AKP deputatlarının Azərbaycanın konstitusion quruluşunu və dini etiqad azadlığının hüquqi əsaslarını nəzərə almadan səsləndirdikləri fikirlər “populist və məsuliyyətsiz” adlandırılıb. Bu açıqlamaların Azərbaycan–Türkiyə qardaşlığının ruhuna zidd olduğu bildirilib.
Qeyd olunub ki, Azərbaycanda dini etiqad azadlığı Konstitusiya ilə təmin edilir, təhsil siyasəti isə dünyəvilik, bərabərlik və qanunun aliliyi prinsiplərinə əsaslanır.
“Baş örtüyü kimi həssas məsələlərdən siyasi manipulyasiya və bölücülük vasitəsi kimi istifadə edilməsi nə Türkiyə xalqının birliyinə, nə də ümumilikdə müsəlman dünyasının həmrəyliyinə xidmət edir. Bu qəbildən olan məsələlərdən Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunması isə xüsusilə yolverilməzdir. AKP iqtidarını bu zərərli siyasətdən çəkinməyə çağırırıq”, – açıqlamada vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA