Qazaxıstan, Tacikistan, Qırğızıstan prezidentləri İrəvana gediblər

Ermənistanın COP17-yə ev sahibliyi etməsi fonunda oktyabrın 16-da İrəvanda “Biomüxtəliflik liderləri” sammiti keçirilir. “Təbiət naminə liderlər” şüarı altında təşkil olunan tədbirdə bir sıra ölkələrin dövlət və hökumət başçılarının iştirakı gözlənilir.
sedanevs.az xəbər verir ki, sammitdə dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış alimlər, mədəniyyət xadimləri iştirak edəcəklər.
Sammitdə Ermənistanın Baş naziri Nikol Paşinyan, İran Prezidenti Məsud Pezeşkian, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qırğızıstan Prezidenti Sadır Japarov və BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı gözlənilir.
Tədbirə digər ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri də qatılacaqlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: