Qırğız Respublikası ilə Tacikistan sərhədində yenə toqquşma baş verib. İki gün davam edən qarşıdurma nəticəsində hər iki tərəf ölənlərin və yaralananların olduğunu bildirib.
Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevlə Tacikistanın XİN-in başçısı Sirocaddin Muhriddin arasında telefon danışığı olub. Tərəflər sərhədyanı münaqişəni danışıqlar yolu ilə həll etməyin vacibliyini vurğulayıblar. Münaqişə ocağının söndüyü deyilir. Ancaq problem həll olunmadığından münaqişənin yenidən baş qaldıracağı ehtimalı qalır. “Tacikistan ona aid olan torpaqlardan heç vaxt geri çəkilməyəcək”, - bunu Sirocaddin Muhriddin qırğız həmkarı ilə telefon danışığından sonra bildirib. Tərəflər problemin həlli ilə bağlı işçi qrupun yaradılmasını razılaşdırıblar. Qeyd edək ki, aprelin 28-də axşam saatlarında Isfara çayının yuxarı axınında yerləşən “Qolovnoy” supaylayıcı məntəqəsindəki sahədə sərhəddə sakinlər arasında daşatma ilə müşayiət olunan münaqişə baş verib. Aprelin 29-da isə sərhədçilər bir-birinə atəş açıb. Qırğızıstan tərəfi 13 vətəndaşının öldüyünü, 100-dək sakinin yaralandığını qarşı tərəf isə 3 tacikistanlının öldüyünü, 31 sakinin yaralandığnı bildirib.
Yeri gəlmişkən, İsfara (tacikcə), yaxud Isfara (özbəkcə) Qırğzıstanın Batken, Tacikistanın Soğdi və Özbəkistanın Fərqanə vilayətləri arasında Sırdərya çayı hövzəsində yerləşir. Hazırda bu çay tamamilə əkinçilikdə istifadə edildiyindən onun suyu Sırdəryaya çatmır. İsfara hövzəsində 185 min nəfər yaşayır. Hazırda çayın səviyyəsi 50 sm azalıb. 1960-cı ildə əldə edilən razılığa görə, suyun 37 faizinin istifadəsinə dair limit qoyulub. Ancaq su çatışmazlığı səbəbindən tərəflər arasında münaqişə yaranır. 2015-ci ilin avqustunda Qığızıstanın Kuktaş kəndinin sakinləri su kanalının qarşısını kəsərək Tacikistanın Çorkuh camaatını əraziyə keçməsinin qarşını alıblar. Buna cavab olaraq Tacikistan qırğızların qəbiristanlığına keçən yolu bağlayıb. Onda baş vermiş münaqişə nəticəsində 13 nəfərin xəsarət aldığı bildirilmişdi. Nəzərə almaq lazımdır ki, bu ərazidə Tacikistan adlı dövlət olmayıb. Bütün bu ərazilər Türküstan diyarına məxsus olub. 1924-cü ildə bolşeviklər bu bölgədə Tacikistan adlı respublika, Düşənbə adlı şəhər saldılar. Şəhərin əvvəlki adının Göytəpə olduğu bildirilir. 1929-cu ilin oktyabrında İsfara Xocacənd dairəsinin tərkibində Tacikistan SSR-in tərkibinə daxil edilib.
Deməli, Tacikistanla Qırğızıstan arasında münaqişə keçmiş SSRİ dövründən başlayıb. Yaxud onun əsası həmin dövrdə qoyulub. Bu şər imperiyası dağılandan sonra başqa bölgələrdə olduğu kimi, Türküstanda da taciklər ərazi iddiaları ilə çıxış etməyə başladı. Tacikistanla Qırğız Respublikası arasında sərhədin uzunluğu 970 km-dir. İndiyədək onun 507 km-i demarkasiya olunub. 70-dən artıq mübahisəli məntəqə var. Tacikistan iki dövlət arasında sərhədin 1924-1939-cu illərin, Qırğızıstan isə sərhədlərin 1958-1959-cu illərin xəritəsinə əsasən müəyyənləşməsini istəyir. Qeyd edək ki, İran da 2010-cu ildə Tacikistan Su Elektrik Stansiyası və su anbarı tikməyə başlamışdı. Onda Özbəkistan su çatışmazlığının yaranacağı ilə bağlı etirazını bildirmişdi.
Beləliklə, aprelin 28-29-da bu iki respublika arasında baş verən toqquşma ilə bağlı bir neçə məsələyə də diqqəti çəkmək istərdik. Mütəxəssislər 21-ci əsrdə dünyada su və mənbələri uğrunda müharibələrin baş verəcəyini proqnozlaşdırırlar. Bu baxımdan Özbəkistan, Tacikistan və Qırğızıstan arasında konflikt həmin qarşıdurmanın xəbərçisi də sayıla bilər. Nəzərə almaq lazımdır ki, Aral gölü də bölgədə su qıtlığı, yaxud israfı səbəbindən quruyub.
Bəs su problemi geosiyasi mahiyyət daşıyır? Orta Asiyadakı türk ölkələrinin perspektivdə inteqrasiyasının qarşısını almaq, yaxud ona mane olmaq üçün Tacikistanla münaqişədən istifadə oluna bilər. Məsələn, Cənubi Qafqaz, yaxud Qafqaz birliyinin alınmaması üçün Ermənistanın pozuculuq fəaliyyətini xatırlamaq yerinə düşər.
ABŞ başda NATO qüvvələri Əfqanıstandan çıxmağa başlayıb. Bu hadisə perspektivdə regionda münaqişə ocaqlarının yaranmasına şərait yarada bilər. Nəzərə almaq lazımdır ki, Tacikistanda 1992-1997-ci illərdə vətəndaş müharibəsi olub. Bundan başqa, Tacikistan həmin illərdə Əfqanıstandakı silahlılar üçün baza sayılıb. Odur ki, regionun yenidən qarışması üçün bu dəfə Qırğızıstan-Tacikistan və Özbəkistan-Tacikistan potensial münaqişəsi başlaya bilər.
Aprelin 29-da Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin toplantısı keçirilib. Qırğızıstan, Özbəkistan və Tacikistan bu hərbi blokun üzvləridirlər. Bu birliyin üzvləri arasında yeni münaqişə ocağının yaranması onun perspektivini şübhə altına alır. O halda üzvləri bir-biri ilə konfliktdə olan hərbi bloka yeni üzvlərin qəbulu, yaxud ona üzv olmağa cəhd də perspektivsiz sayıla bilər. KTMT-nin baş katibi Stanislav Zas bildirib ki, Qırğızıstanla Tacikistan sərhədindəki münaqişə qısa müddətə dinc yolla həll edilməlidir. Bu çıxış deməyə əsas verir ki, hərbi blokun belə vəziyyətlərdən çıxmaq üçün planı yoxdur. Yaxud tərəfləri barışdırmaq üçün atılacaq addımlarla bağlı planı yoxdur. Bu da təşkilatın belə münaqişələri həll etmək gücündə olmadığını söyləməyə əsas verir.
Beləliklə, imperiyalar qocalır, sonra çökür, ölürlər. Ancaq onların qoyduğu izlər qalır. Türkiyənin mərhum baş naziri Bülent Ecevit Fələstin-İsrail arasındakı ərazi məsələsi ilə bağlı demişdi: “O torpaqlar Osmanlı dövlətinin olub. Bizdə kimin hansı torpağa sahib olduğunun xəritəsi var. Əgər istərlərsə, biz həmin xəritəni tərəflərə təqdim edə bilərik”.
Qırğızıstanla Tacikistan arasında münaqişənin həlli də etibarlı xəritədən keçir. Həmin xəritənin ortaya qoyulması, ona əsasən danışıqların aparılması və münaqişənin həlli gələcəkdə mümkün insan itkilərindən, qaçqınlardan yayınmağa imkan verər. Ancaq bu addım çətin atıla. Görünür, Orta Asiyanı bu kimi münaqişələrlə silkələmək nəzərdə tutulur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan MDB ölkələri Baş Qərargah rəislərinin iclasında
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Vətənə həsr olunmuş ömür –şəhid Aydın Abdullayev
Qalibiyyət ruhlu xalq
Ukrayna Baydenin vəd etdiyi maliyyə yardımını ala bilməyib
Azərbaycan–BƏƏ Birgə Hərbi Əməkdaşlıq Komitəsinin ilk iclası keçirildi
Prezident sərəncam imzaladı - Bu gənclər mükafatlandırıldı - ADLAR
Bu il Bakıda mənzillərin qiyməti bahalaşacaq? - AÇIQLAMA
"Ərdoğanın Ermənistan üçün yardım xəbəri saxtadır" - Rəsmi açıqlama
İki BOKT-un vəzifəli şəxsi cərimələndi
Azərbaycan XİN Holokost qurbanları ilə bağlı paylaşım etdi
Azərbaycan və ABŞ arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edildi
Bu gündən məktəblərdə qış tətili başlayır
Mir Şahin ANS-dən danışdı: Vahid Mustafayevə cavab
İki müsəlman ölkəsindən kömək istədilər: İrandakı rejimi birlikdə devirək
Türkmənistan və Hindistan arasında siyasi məsləhətləşmələr keçirildi
Səlim Müslümovla Vilyam Hacıyevin əmlakları satılır - 350 minlik mənzil, avtomobillər…
Özbəkistan Çinlə strateji tərəfdaşlığı müzakirə etdi
Bu şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula bilər
Эта страна взлетит на воздух - Трамп
İrana xəbərdarlıq etdi: Bu, belə davam edə bilməz, təhlükə yaxınlaşır
Prezident Davosda “Dell Technologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti ilə görüşüb
ABŞ Türkiyə ilə bağlı tarixi qərarı verdi
FHN müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu
Prezident Davosda “Euronews” televiziyasına müsahibə verib - FOTO
Abşeronda 20 Yanvar faciəsi qurbanlarının 36-cı ildönümü dərin ehtiramla yad edilib
20 Yanvar – Azərbaycan xalqının qanla yazılmış şərəf və qəhrəmanlıq tarixi
Azərbaycan xalqı 20 Yanvar şəhidlərini anır
İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Səkkiz NATO ölkəsindən Trampa sərt cavab: Qrenlandiya ilə bağlı hədələr qəbuledilməzdir
Almaniya hərbçiləri Qrenlandiyadan gözlənilmədən geri çağırıldı
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Sakinlərə ŞAD XƏBƏR: Bu ərazilərdə kanalizasiya xətləri qurulacaq - RƏSMİ
Metroda böyük ölçülü yükə görə əlavə ödəniş alınır? - Açıqlama
Nəşriyyat qısa müddətdə boşaldılmalıdır, təmirin bitəcəyi vaxt bəlli deyil - AÇIQLAMA
Milli Qəhrəmanın qocalar evində vəfat etməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirildi
İsmayıllıda 5 kəndi təmin edən su anbarı quruyur? - AÇIQLAMA
Prezident daha 6 fərman imzaladı
Sosial şəbəkələrdə bu məlumatları paylaşmaq qadağan olundu
Ermənistan lideri: Rusiya və Türkiyə “Tramp Marşrutu”nda olmamalıdır
Türkiyə üç ölkə ilə ittifaq qurur? - Hakan Fidan açıqladı
Azərşəkər"in rəhbəri və iş adamlarının məhkəməsi başladı
ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yaydı: İranı dərhal tərk edin -
Bakının təhvil verdiyi erməninin arvadı danışdı - “İnana bilmirəm”
Yeni Klinikada xəstənin ölümündə təqsirli bilinən həkimin məhkəməsi başlayır
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
“Qarabağ” UEFA reytinqində əmsalını artırdı
“Qarabağ” bu gün “Kopenhagen”ə qarşı - Saatlar qaldı
III MDB Oyunlarında Azərbaycanın bayraqdarları - FOTO
Formula 1 Azərbaycan: sərbəst yürüş başladı
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi